Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

İ.Ağazadə Güney azərbaycanlılara səsləndi: "O maşınları durdurun!"

Tarix: 26-09-2020 16:55     Baxış: 4353 A- / A+
İ.Ağazadə Güney azərbaycanlılara səsləndi: "O maşınları durdurun!"

Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə Xural TV-nin "Siyasət Meydanı" verilişində qonaq olub.

Partiya sədri işğal olunmuş Azərbaycan torpaqlarına yanacaq adı ilə aparılan silah-sursat maşınlarının dayandırılması məsələsində Güney Azərbaycanda yaşayan soydaşlarımıza müraciət edib. Qarabağ qazisi bildirib ki, bu maşınlara nəzarət üçün İran tərəfdə bizim də nümayəndələrimiz olmalıdır: "Qoy, İran tərəfdə bizim də nümayəndələrimiz otursun. Kim gedir, kim gəlir, nə aparır, nə gətirir, nəzarət etsinlər. Axı, bu körpünün təyinatı nədən ötrüdür? Bizim bunu bilməyə haqqımız yoxdurmu? Mən buradan müraciət edirəm, Ey Güneyli qardaşlarımız! İrandan Ermənistana və ya işğal olunmuş Azərbaycan torpaqlarına gedən yanacaq, yardım maşınlarını durdurun. O yardım, o silah-sursat bizim balalarımıza atılan güllələrdir"

Qarabağda çalacağımız qələbənin yarısının payı Güney Azərbaycanda yaşayan soydaşlarımızın hərəkətlərindən və yanaşmalarından asılı olduğunu deyən partiya sədri qeyd edib ki, savaş başlayarsa, biz ən böyük dəstəyi Güney Azərbaycandan gözləyirik: "Biz Təbrizi Bakıdan, Bakını Ankaradan ayırmırıq və bütün Güney Azərbaycan - Ərdəbil, Həmədan, Xoy, Urmiya, Zəncan, Qaradağ daxil o yerlərin hamısı bizim başımızın tacıdır. Savaş başlasa, biz ən böyük dəstəyi və köməyi də məhz Güney Azərbaycandan gözləyirik, Qarabağda çalacağımız qələbənin yarısı Güney azərbaycanlıların oradakı hərəkətindən və yanaşmasından asılı olacaq. Bəlkə də, əlinizə silah alıb döyüş üçün gələ bilməyəcəksiniz, səngərdə bizimlə bir sırada dayanmayacaqsınız, hərçənd bu da mümkündür, amma erməniləri orada blokadaya almaq və bizim haqq işimizdə - torpaqlarımızın bütövləşməsində ən böyük işi siz görməli olacaqsınız. Qoy, bir addım da yaxın olaq, qoy, aramıza süni dövlət girməsin, aramızda düşmənlər dayanmasın və biz əbədi qucaqlaşa bilək".

Sözügedən verilişin həmin hissəsini təqdim edirik:

Ümid Partiyasının Mətbuat Xidməti





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar