Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Əli Həsənov son 5-6 ildə prezident olmaq istəyirdi” - MARAQLI İDDİA

Tarix: 24-09-2020 22:46     Baxış: 3159 A- / A+
“Əli Həsənov son 5-6 ildə prezident olmaq istəyirdi” - MARAQLI İDDİA

“Bir müddət Əli Həsənov Ramiz Mehdiyevin kölkəsi idisə, müəyyən müddətdən sonra onun rəqibinə çevrildi”.

Manevr.az xəbər verir ki, bunu ADP sədri Sərdar Cəlaloğlu deyib.

O, repressiyanın əleyhinə olduğunu qeyd etdi:

“Bu gün Ramiz Mehdiyev Rusiyanın adamıdır konteksindən yanaşıb, kimisə ittiham etmək olmaz. Əgər doğurdan da onun Azərbaycanın qanunlarını pozması ilə bağlı faktlar varsa, təbii ki, Ramiz Mehdiyev buna görə cavab verməlidir. Siyasi mövqeyinə görə onu həbs etmək əksinə onu ədalətli mövqeyə gətirib çıxarar. Xalqına, dövlətinə xəyanət edən insanları mühakimə edərkən ədaləti o qədər möhkəm qorumaq lazımdır ki, mühakiməyə kölgə düşməsin. Mənim məlumatıma görə Əli Həsənov son 5-6 ildə Ramiz Mehdiyevin, yəni Rusiya kursundan uzaqlaşmışdı. Deyilənə görə o, Türkiyədə FETÖ ilə əlaqədə idi. Onun bununla bağlı xətti var idi. Bu da təbii ki, Ramiz Mehdiyev və Əli Həsənov arasında çox ciddi ziddiyyətlərə səbəb oldu”.

Sərdar Cəlaloğlu vurğuladı ki, I Avropa Oyunları ərəfəsində Ramiz Mehdiyev xəstələnmişdi:

“Həmin dövrdə Əli Həsənovun Ramiz Mehdiyevin yerinə namizəd olması da müzakirə olunurdu. Cəmiyyətdə də onun haqqında da fikirlər var idi. Bu, onu göstərir ki, sona kimi onlar bir yerdə olmayıb. Mən dəqiq bilirəm ki, Əli Həsənov son 5-6 ildə Rusiyanın təsirlərindən çıxmışdı. Türkiyədə özü üçün dayaqlar tapmışdı. O, Ramiz Mehdiyevə qarşı mövqe nümayiş etdirirdi. Bu, nə ilə bağlı idisə, onu bilmirəm. Faktiki olaraq Əli Həsənov müstəqil bir yol tutmuşdu. Mətbuatda yayılırdı ki, guya o, hətta prezident olmaq da istəyib. Amma bu iddianın nə dərəcədə doğru olduğunu bilmirəm. Amma dəqiq bilirəm ki, o, son 6 ildə Ramiz Mehdiyevlə ayrılıb, Türkiyə ilə müəyyən qüvvələrlə əməkdaşlıq edib, əlaqəyə girmişdi”./konkret.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar