Xəbər lenti
Türkiyədən Qarabağ BƏYANATI: Minsk Qrupu təcili addım atmalıdır
Türkiyə Azərbaycana qarşı hər hansı bir təcavüzü Türkiyəyə qarşı təcavüz kimi qəbul edir.
Manevr.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyasından bildirilib.
Qeyd edilib ki, Azərbaycanın Dağlıq Qarabağ problemini həll etmək üçün hansı həll yolu seçməsindən asılı olmayaraq, Ankara bu istiqamətdə bütün imkanları ilə Azərbaycanı dəstəkləyəcəyini bir daha bəyan edir:
“Bir daha bəyan edirik ki, Ermənistan hakimiyyət orqanlarının bəyanatları və son hərbi təxribatlar bölgədəki münaqişənin eskalasiyasına yönəlib”.
Bildirilib ki, Ermənistan havadarlarının səssiz razılığına güvənərək, Türkiyənin də Azərbaycanın müttəfiqi olduğunu unudaraq, bölgədəki vəziyyəti hərtərəfli pozmağa çalışır:
“Bölgədəki qeyri-sabitliyə görə cavabdeh olan məhz Ermənistandır”.
Administrasiyadan qeyd ediblər ki, ATƏT-in Minsk Qrupu üzvlərinin Ermənistanın hərbi təxribatı qarşısında hərəkətsizliyinin Ermənistan hakimiyyətini arxain salır:
“Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təcili olaraq addım atmalı və ya bu münaqişəni həll edə bilməyəcəyini cəsarətlə bəyan etməlidir”./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar