Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ceyhun Bayramov BQXK qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsini qaldırıb - ŞƏKİL

Tarix: 18-09-2020 22:31     Baxış: 3215 A- / A+
Ceyhun Bayramov BQXK qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsini qaldırıb - ŞƏKİL

Bu gün Nazir Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera ilə görüşüb.

XİN-dən verilən məlumata görə, görüş zamanı Elena Aymone Sesseranın ölkəmizdəki fəaliyyətinin başa çatdığı bildirilib və Nümayəndəliyin yeni rəhbəri xanım Arian Bauer Nazir Ceyhun Bayramova təqdim edilib.

Nazir Ceyhun Bayramov xanım Elena Aymonenin fəaliyyətini yüksək qiymətləndirərək, Azərbaycanın BQXK ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən humanitar layihələri məmnunluqla qeyd edib. Nazir, həmçinin BQXK-nın Azərbaycandakı nümayəndəliyinin yeni rəhbərinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən, o cümlədən yüz minlərlə insanın fundamental hüquqlarının pozulmasından, işğalçı ölkənin beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini mütəmadi olaraq pozmasından və mülki şəxsləri və infrastrukturu hədəfə almasından danışan nazir, BQXK-nın bilavasitə mandatına daxil olan girov götürülmüş mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə bağlı məsələyə xüsusi diqqət ayırıb.

O, Azərbaycanın humanitar hüququn normaları əsasında “hamının hamıya” prinsipi əsasında əsir və girovların dəyişdirilməsi mövqeyinin Ermənistan tərəfindən qəbul edilmədiyini vurğulayıb. BQXK-nın bu məsələnin həlli istiqamətində səylərinin artırılmasının vacibliyi qeyd olunub.

Öz növbəsində, BQXK nümayəndələri öz mandatları çərçivəsində Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə mütəmadi maraqlandıqlarını və ailələrinə bu xüsusda məlumat verdiklərini qeyd ediblər.

Görüş zamanı nazir həmçinin BQXK nümayəndələrinə bölgədə yaşanan ən son gərginliklər və Ermənistan rəhbərliyinin məqsədyönlü təxribatçı və təhrikçi fəaliyyəti və münaqişənin danışıqlar yolu ilə həllinə ciddi xələl gətirməsi barədə məlumat verib.


Manevr.az

Ceyhun Bayramov BQXK qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsini qaldırıb - ŞƏKİL

Ceyhun Bayramov BQXK qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsini qaldırıb - ŞƏKİL

Ceyhun Bayramov BQXK qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsini qaldırıb - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar