Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Siyavuş Novruzovla bağlı YAP-dan açıqlama

Tarix: 16-09-2020 09:02     Baxış: 3205 A- / A+
Siyavuş Novruzovla bağlı YAP-dan açıqlama

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov partiyada yeni vəzifəyə təyin olunub. Aydın Hüseynova YAP-da Təşkilat şöbəsinin müdiri vəzifəsi həvalə olunub.

Bu təyinatdan sonra sosial şəbəkələrdə deputat Siyavuş Novruzovun istefa verdiyi YAP icra katibinin müavini vəzifəsinin də Aydın Hüseynova tapşırıldığını iddia edənlər var.
Manevr.az xəbər verir ki, partiyanın mətbuat katibi Hüseyn Paşayev isə modern.az-a sözügedən iddiaların tamamilə əsassız olduğunu qeyd edib:

“Təşkilat şöbəsinin müdiri vəzifəsi tamam fərqli təyinatdır. Bu, icra katibinin müavini demək deyil. İcra katibinin müavini postu hələlik boşdur”.

H.Paşayev onu da qeyd edib ki, YAP İcra katibinin müavini vəzifəsinə partiya sədrinin təqdimatı , İdarə Heyətinin təsdiq etməsi ilə təyinat mümkün ola bilər:

“YAP sədri, cənab prezident İlham Əliyevin təqdimatı və partiya İdarə Heyətinin təsdiq etməsi ilə icra katibinin müavininin kimliyi müəyyənləşəcək. Belə bir addım atıldıqda, mütləq ictimaiyyətə də məlumat veriləcək”.

Xatırladaq ki, YAP icra katibinin keçmiş müavini, deputat Siyavuş Novruzov idi. O, koronovirus pandemiyası ilə bağlı xüsusi karantin rejiminin qaydalarını pozaraq, akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirakına görə, həm ictimai qınağa, həm də inzibati məsuliyyətə cəlb edildi. Bundan sonra Siyavuş Novruzov partiyada tutduğu vəzifədən istefa verdi. Hazırda qeyd edildiyi kimi, hakim partiyada icra katibinin müavini postuna təyinat olmayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar