Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əli Həsənov Fətullah Gülənlə ortaq olub: Türkiyə mediasından sensasion iddia

Tarix: 14-09-2020 15:14     Baxış: 4212 A- / A+
Əli Həsənov Fətullah Gülənlə ortaq olub: Türkiyə mediasından sensasion iddia

Prezidentin keçmiş köməkçisi Əli Həsənov FETO ilə işbirliyində ittiham edilir.

Manevr.az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediasında iddialar yer alıb. Bildirilir ki, Əli Həsənov vəzifədə olarkən hər nə qədər özünü Türkiyə ilə sıx münasibətlərin tərəfdarı kimi göstərsə də, o FETO ilə əlaqələri olan və xarici güclərə xidmət edən bir şəxsdir.

“Həsənov uzun zaman Azərbaycanda FETO-nun ən önəmli ortaqlarından biri olmuş və bu əlaqələr 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddən sonra da davam edib. Bunun ən bariz nümunəsi FETO-nun Azərbaycandakı televiziya kanalı “Xəzər TV”nin Əli Həsənovla bağlılığıdır. Əvvəllər Samanyolu TV-nin Bakı bürosu kimi çalışan “Xəzər TV” “Asiya Bank”ın krediti sayəsində yerli telekanala çevrilib və 2013-cü ildə Türkiəyədə baş verən “dekabr hadisələri”ndən sonar Əli Həsənov həmin kanala ortaq olub”, - deyə Əli Həsənova həsr edilən məqalədə deyilir.

Daha sonra bildirilir ki, Əli Həsənov “Xəzər TV”yə ortaq olandan sonra Bakıya gələn FETO təmsilçisi Faruk Taban onunla görüşüb. “Beləliklə, FETO kadrlarının telekanalda fəaliyyətlərinin davam etdirilməsi qərara alınıb. Samanyolu TV-nin Türkiyədəki reklam departamentinin rəhbəri Mehmet Özkündakçının qardaşı Gökan Özkundakçı idi. Bununla da, FETO “Xəzər TV” üzərindən Əli Həsənovla televiziyanın reklam gəlirlərinə də ortaq olub”, - məqalədə bildirilir.

İddia olunur ki, Əli Həsənov vəzifəsindən azad edilsə də, onun dövlət qurumlarında kadrları qalmaqdadır. Yazıda həmçinin sosial şəbəkələr üzərindən Prezident İlham Əliyev və hakimiyyəti barədə sərt ifadələr işlədən bəzi mühacirlər də Əli Həsənovun adamları kimi qələmə verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar