Xəbər lenti
Deputat: Qarabağ müharibəsinə onlarla dövlət qoşula bilər
Son günlər mediada II Qarabağ savaşının başlanacağına dair müxtəlif mülahizələr yer alır.Hətta, bu payızda müharibənin başlanılacağı da istisna edilmir. Rusiyanın Müdafiə Naziri Sergey Şoyqunun Bakıya rəsmi səfərindən sonra gərginləşmiş mühitin bir qədər sakitləşəcəyini gözləmək olardı, amma belə olmadı.
Bölgələrdə, xüsusən sərhəd rayonlarında mülki şəxslərin qorunması üçün sığınacaqların tikilməsi,qondarma rejimin rəhbərinin Gəncəni vurmaqla hədələməsi, Goranboyda törədilən təxribat, Tovuz rayonuna açılan müntəzəm atəş insanlarda belə bir rəy yaradıb ki, müharibə qaçınılmazdır.Baxmayaraq ki, Azərbaycan böyük enerji layihələrinin başında dayanır. Müharibənin başlanması realdırmı?
Manevr.az xəbər verir ki, bizimyol.info-nun sualını cavablandıran Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qeyd edib ki,bu dəfə müharibə başlasa bu artıq iki dövləin yox, bir neçə dövlətin cəlb olunduğu regional savaşa çevrilə bilər.
“Açığı mən müharibəni real hesab edirəm, lakin onu da düşünürəm ki, bu iki dövlət yox, maraqların, bir neçə, bəlkə də onlarla dövlətin cəlb olunduğu münaqişəyə çevrilə, arealı Azərbaycandan çox-çox kənarlara qədər uzana bilər.Ermənistan tərəfi bu gün Azərbaycan üçün müharibədən başqa yol qoymayıb. Biz sonsuzadək gözləyə bilmərik, Ölkə başçısının da son dövrlər mövqeyi elə bu yöndədir. Azərbaycan-Türkiyə əməkdaşlığının yeni mərhələsinin fonunda qələbəmiz mütləqdir və regionda fərqli düzən yaranacaq. Azərbaycan yeni düzəndən sonra regional liderə çevriləcək. Buna inanıram”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar