Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

“Tofiq Yaqublunun apellyasiya şikayəti obyektiv araşdırılacaq” - Azay Quliyev

Tarix: 07-09-2020 13:18     Baxış: 3350 A- / A+
“Tofiq Yaqublunun apellyasiya şikayəti obyektiv araşdırılacaq” - Azay Quliyev

"Azərbaycan hüquqi dövlət olduğundan hər kəs insan hüquqları ilə bağlı məsələlərin ölkə daxilində hüquqi müstəvidə həllini istəyir".

Bunu Milli Məclisin üzvü, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev gununsesi.info-ya Tofiq Yaqublunun həbsi ilə bağlı açıqlamasında deyib.

“Bu baxımdan yanaşanda hesab edirəm ki, Tofiq Yaqublu barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmdən verilən şikayət apellyasiya instansiyasında obyektiv baxılacaq. Mən buna ümid edirəm. Bu iş tam obyektv araşdırılmalıdır. Ona görə bunu istəmirik ki, Azərbaycana hansısa beynəlxalq təşkilatdan təzyiq edilir və yaxud da çağırışlar var. Dediyim kimi Azərbaycan dövləti özü vətəndaşın hüquqlarının təminatında maraqlıdır. Ölkəmizdə instansiya məhkəmələri mövcuddur. Birinci instansiyadan narazı qalan vətəndaş daha yuxarı məhkəmə orqanlarında özünün şikayətini verə bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar