Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Arif Rəhimzadə: “Ramiz Mehdiyevi ilahiləşdirmirəm, onun hərəkətləri...”

Tarix: 04-09-2020 16:05     Baxış: 3265 A- / A+
Arif Rəhimzadə: “Ramiz Mehdiyevi ilahiləşdirmirəm, onun hərəkətləri...”

Hakim Yeni Azərbaycan Partiyasında (YAP) islahatların aparılacağı hələ də müzakirə mövzusudur. Lakin hələ ki, hakim partiyanın nümayəndələri bu barədə detallı danışmaq istəmir.

YAP-ın qurucularından olan, pariyanın İdarə Heyətinin üzvü, keçmiş birinci vitse-spiker Arif Rəhimzadə də həyata keçiriləcək dəyişikliklər barədə danışmağa tələsmir. O, yenisabah.az-a açıqlamasında deyib ki, indidən bu barədə danışmaq doğru olmazdı.

"Mən öz fikrimi deyə bilərəm. Fikrim qəbul olunacaq, ya olunmayacaq bu başqa məsələ. Məsləhət bilərdim ki, İdarə Heyəti qərar çıxarandan sonra bu haqda danışaq. İndi danışmaq tezdir”, - deyə Arif Rəhimzadə bildirib.

Qocaman YAP-çı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevdən danışıb. "Ramiz Mehdiyevi ilahiləşdirmirəm və hesab etmirəm ki, nöqsan varsa bütövlükdə onun adı ilə bağlanmalıdır. Amma Ramiz Mehdyevin o hərəkətləri əlbəttə ki, doğru deyildi. O, ilk növbədə dövlətçiliyə, dövlətə, qanun-qaydaya münasibətini bildirməliydi. Amma o formada yox, əksinə, nümunə olmalıydı. Hesab edirəm o hadisə hamı üçün bir dərs oldu. Hamı anlamağa başladı ki, qanun-qayda hər kəsə aiddir. Burada ayrı-seçkilik ola bilməz”, - deyə Arif Rəhimzadə vurğulayıb.

Keçmiş birinci vitse spiker Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı qalmaqalın iqtidardaxili ziddiyyətlərdən qaynaqlanması barədə mülahizələri bölüşmədiyini deyib: "İqtidarda elə proses yoxdur. Bunlar hamısı uydurmadır. Burada söhbət dövlətdən, dövlətçilikdən, ona hörmətdən və onun kriteriyalarından gedir. Bu kriteriyalar da Prezident tərəfindən açıq ifadə olunub. Hamı qanun-qaydaya riayət etməlidir”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar