Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazir müavini təyin olunan Fariz Rzayev kimdir? - DOSYE

Tarix: 03-09-2020 23:03     Baxış: 4302 A- / A+
Nazir müavini təyin olunan Fariz Rzayev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, bu gün Xarici işlər nazirinin müavini Nadir Hüseynov vəzifəsindən azad olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Fariz Rzayev XİN rəhbərinin müavini təyin edilib.

Manevr.az xəbər verir ki, bu təyinadək Fariz Rzayev Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəis müavini vəzifəsində çalışıb.
Fariz Rzayev 1977-ci ildə Bakı şəhərində anadan olub. Bakı Sosial İdarətemə və Politologiya İnstitutunda beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında eyni ixtisas üzrə magistr təhsili alıb.

2000-2013-cü illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən 2002-2005-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı, 2007-2012-ci illərdə Belçikadakı səfirliklərində çalışıb. 2-ci dərəcəli 1-ci katib diplomatik rütbəsinə malikdir.

F.Rzayev 3 iyun 2013-cü ildə Təhsil Nazirliyinin Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsinə müdir təyin edilib. 2017-ci ilin yanvar ayında Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat alıb. Həmin il Birinci vitse-prezidentin Katibliyinin rəis müavini təyin olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar