Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

YAP-da təcili dəyişikliklər: qurultayın çağırılması... - Deputat detalları açıqladı

Tarix: 01-09-2020 19:45     Baxış: 2251 A- / A+
YAP-da təcili dəyişikliklər: qurultayın çağırılması... - Deputat detalları açıqladı


Mabevr.az xəbər verir ki,Milli Məclisin deputatı Elman Nəsirovun teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elman müəllim, ilin əvvəlindən xeyli sayda siyasi partiyalar qeydiyyatdan keçdi, siyasi cameədə artıq yeni siyasi partiyalar meydana çıxır. Ölkənin siyasi palitrasının dəyişəcəyi qənaətinə gəlmək olar?

- Prezident İlham Əliyevin rəhbərliyi altında genişmiqyaslı islahatlar kursu həyata keçirilir. Nəticədə ölkəmizdə yeni siyasi konfiqurasiya formalaşmaqdadır. Çoxpartiyalı sistem ölkəmizdə də bərqərar olur. Parlamentin hazırkı sədarətinə nəzər yetirdikdə də bu mənzərəni açıq görmək mümkündür. Eyni zamanda bu, bir plüralizimdir. Plüralizm isə demokratiyanın əsas elementidir. Ölkədə artıq yeni siyasi partiyalar yaranır və onlar dövlət qeydiyyatına alınır.

Məhz bu gün dövlətin siyasəti ona istiqamətlənib ki, ölkədə çoxpartiyalı bir sistem formalaşsın. Bu sistem daxilində də hər partiyanın gücü, potensialı ortaya çıxsın, hansı elektorata malik olduğu barədə sualın da dəqiq cavabı tapılsın. Paralel olaraq iqtidar-müxalifət və iqtidaryönlü partiyalarla dialoqun olması olduqca vacibdir. Yeni yaranan siyasi partiyalar içərisində müxalif yönlü partiyalar da mövcuddur. Bu partiyalarla da siyasi dialoq mühiti formalaşır və inkişaf edir.

Bu prosesdən yalnız radikal siyasi dairələr və xüsusilə AXCP kənarda qalmağa çalışır. Əslində onlar demokratiyadan, siyasi dialoqdan çox dəm vursalar da gerçəlikdə demokratik proseslərin əleyhinə addımlar atırlar. İctimaiyyət bu formulda kimin dialoq və əməkdaşlıq, tərəfdaşlıq yolu tutduğunu aydın görür. Yeni siyasi konfiqurasiyalarda siyasi partiyalar iqtidarın həyata keçirdiyi siyasətdə razı olmadıqları məqamları ortaya qoymaqla, yanaşma tərzini müəyyənləşdirməkdə iştirak edə bilərlər. Burada da qərəz və kostruktivlikdən uzağa getmək qətiyyən yolverilməzdir.

YAP-da təcili dəyişikliklər: qurultayın çağırılması... - Deputat detalları açıqladı


- Yeni siyasi konfiqurasiyalar hakim Yeni Azərbaycan Partiyasından da gözlənilir?

- Təbii ki, Yeni Azərbaycan Partiyası da yeniliklərə və dəyişikliklərə meyillidir və hər zamanda buna hazır olub. Cənab Prezidentin təşəbbüskarı olduğu islahatlar kursu bütün sferaları əhatə edir. Azərbaycanın siyasi sistemində YAP-ın özünəməxsus yeri və rolu var. Ulu Öndər Heydər Əliyevin yaratdığı bu partiya Cənubi Qafqazın ən böyük siyasi gücə malik bir partiyasıdır. Eyni zamanda YAP hər zaman islahatlara açıq bir partiyadır. YAP-da da islahatlar kursu, dəyişikliklər hər zaman olub. Bu gün yeni siyasi reallıqlar, tələblər formalaşıb.

Həyata keçirilən islahatlar elə bir dönməz xarakter alıb ki, bu prosesdə hakim Yeni Azərbaycan Partiyası öncül mövqedə dayanmalıdır. Məhz YAP-ın son təşəbbüsü də bu oldu ki, parlament buraxılsın və yeni parlament seçkiləri keçirilsin. Belə olan halda hakim partiyanın özündə dəyişikliklərin, islahatlar kursunun həyata keçirilməsi vacib məsələdir. Dövlətimizin rəhbəri eyni zamanda hakim partiyanın sədri cənab İlham Əliyev də çıxışlarında qeyd edib ki, YAP-da təkmilləşmələrə ehtiyac var.

- Siyavuş Novruzun YAP İcra katibinin müavini vəzifəsindən istefası proseslərə nə kimi təsir edəcək?

- YAP parlamentin yenilənməsinə birmənalı səs verən partiya oldu. Deməli, bu partiyada islahatlar bütün mənalarda dəstəklənir və eyni zamanda konkret nümunələr ortaya qoyur. YAP İcra katibinin müavini Siyavuş Novruzov baş vermiş hadisələrlə bağlı özünün səhvlərini etiraf etdi və eyni zamanda bu reallıqda siyasi bir mədəniyyət ortaya qoydu. O, belə bir addım atmaqla həm də bir istefa mədəniyyəti nümayiş etdirdi və vəzifəsindən getdi. Ancaq biz təəssüf ki, radikal müxalifət partiyalarında belə halın şahidi ola bilmirik. Yenə də hakim partiya bu məsələdə öz öncüllüyünü qoruyub saxladı.

- YAP qurultayının keçiriləcəyi ilə bağlı səslənən fikirlər nə dərəcədə realdır?

- Hesab edirəm ki, bu fikirlərin əsası var. Partiyanın lideri də dəfələrlə vurğulayıb ki, bilikli, aktiv, vətənpərvər, milli dəyərlərlə tərbiyə almış, ilk növbədə dövlətə və dövlətçiliyə bağlı olan gənclərimizə yol açmaq lazımdır. Bu gün gənclərə yüksək postlar həvalə olunmalıdır ki, onlar öz bilik və bacarıqlarını nümayiş etdirə bilsinlər. Bu istiqamətdə YAP-da ciddi işlər gedir.

Yeni icra başçılarının da mütləq əksəriyyətini gənclər təşkil edir. Hakim partiya daxilində də bu proses gedib. İndi isə bunun keyfiyyətcə yeni bir mərhələyə daxil olmasına ehtiyac var. Çünki partiyanın strukturlarında gənclərin xüsusi çəkisi daha da artmalıdır. Hazırda Yeni Azərbaycan Partiyasının Siyasi Şurası və İdarə Heyətində, eyni zamanda partiyanın idarə edilməsində gənclərin önə çəkilməsinə xüsusi ehtiyac var. Bütün bunları həyata keçirmək üçün partiya rəhbərliyinin siyasi iradəsi sayəsində bu dəyişikliklərin edilməsinin də bir mexanizmi tətbiq ediləcək.

Ona görə də YAP-ın qurultayının çağırılması ilə bağlı fikirlər səslənməkdədir. Bu istisna deyil, ola bilər. YAP-ın qurultayının olmasını partiya rəhbərliyi müəyyən edəcək. Artıq cəmiyyətdən belə sifarişlər gəlməkdədir ki, YAP-ın özündə də islahatlar və yeniləşmə kursu mümkün olsun. Eyni zamanda YAP özünün yeniliklərini xüsusi bir reklam halına salmır. İndiki halda ölkəmizdə həyata keçirilən islahatlar inqilabi xarakter daşıyır. Hakim partiyanın da bütün bu proseslərin önündə getməsi vacib məsələdir. Bu istiqamətdə addımın atılması zamanın tələbinə çevirilib.

Mabevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar