Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Sabiq Baş Nazir Prezidentin təklifindən imtina etdi

Tarix: 29-08-2020 17:13     Baxış: 4277 A- / A+
Sabiq Baş Nazir Prezidentin təklifindən imtina etdi

Livanın üç sabiq Baş Naziri – Təmmam Salam, Saad Hariri və Nəcib Mikati ölkə Prezidenti Mişel Aunun yeni hökumət qurulması təklifindən imtina ediblər. Avqustun 4-də Beyrutda baş vermiş dəhşətli partlayışdan sonra başlayan etiraz dalğası fonunda istefa verən Baş Nazir Həsən Diabdan sonra ölkədə siyasi böhran davam edir.

Yeni hökumətdə daha çox yer qazanmaq uğrunda siyasi partiya və hərəkatların rəhbərləri arasında mübarizə davam edir. Korrupsiya ilə əlaqədar yeni faktların üzə çıxdığı bir şəraitdə "Hizbullah” hərəkatı və onun tərəfdarları ilə sünni, habelə xristian siyasətçilərin ixtilafları isə açıq müstəviyə keçməkdədir. Bu gərginlik Livan cəmiyyətinə də sirayət edir. Belə ki, Beyrutda Aşura günü öncəsi divarlara plakat asmaq istəyən şiə gənclərlə sünnilər arasında baş verən silahlı atışma nəticəsində 2 nəfər həyatını itirib. İnsidentin baş verdiyi əraziyə təhlükəsizlik qüvvələri cəlb olunub.

Avqustun 31-də Livan Prezidentinin iştirakı ilə parlamentdə yeni hökumətin formalaşdırılması barədə müzakirələr aparılacaq. Proqressiv Sosialist Partiyasının lideri Valid Camblat bildirib ki, qanunverici orqanda köhnə koalisiya şərtlərini yerinə yetirmək mümkün olmayacaq. Onun sözlərinə görə, artıq siyasi partiyalar arasında etimad yoxdur və müzakirələr nəticəsiz ola bilər.

Sentyabrın 1-də Livana yenidən səfər edəcək Fransa Prezidenti Emmanuel Makronun yerli siyasətçilər arasında konsensusun əldə olunmasına çalışacağı da bildirilir./AZƏRTAC

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar