Xəbər lenti
"Rusiyanın açıqlamaları bizi qane etmir" - Hikmət Hacıyev
"Son dövrlər Ermənistanın silahlanması istiqamətində atılan addımlar Azərbaycan Respublikasını ciddi şəkildə narahat edir”.
Manevr.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Prezident İlham Əliyev Rusiya dövlət başçısı Valdimir Putinlə telefon söhbəti zamanı bu məsələyə aydınlıq gətirilməsini istəyib: “Müxtəlif istiqamətlərdə intensiv şəkildə Rusiyadan yüklərin daşınması həyata keçirilir ki, bu, Azərbaycan ictimaiyyətini, Azərbaycan xalqını ciddi narahat edir".
Prezident köməkçisi vurğulayıb ki, Rusiya tərəfinin açıqlamaları Azərbaycan üçün tam qaneedici deyil: "Bizim suallarımız açıq qalmaqda davam edir. Biz məsələnin daha səmimi və açıq şəkildə izah olunmasını gözləyirik ki, nəyə görə və hansı əsaslarla Ermənistanın intensiv şəkildə silahlandırılması davam etdirilir...
Ermənistanın Tovuz hadisələri zamanı təcavüzü və Azərbaycan ərazilərinin işğalını davam etdirməsi bu dövlətin bir daha xistlətini göstərdi. Guya uçuş reysləri vasitəsilə Ermənistandakı Rusiya hərbi bazası üçün tikinti materiallarının daşınması barədə məqamlar da bizi qane etmir.
Hesab edirik ki, tikinti materiallarının daşınması üçün intensiv hava uçuşlarının keçirilməsinə ehtiyac yoxdur. Bunun üçün daha effektiv vasitələr mövcuddur”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar