Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Vladimir Putinlə İlham Əliyev arasında telefon danışığı oldu - Açıqlama Kremldən gəldi...

Tarix: 13-08-2020 04:48     Baxış: 3582 A- / A+
Vladimir Putinlə İlham Əliyev arasında telefon danışığı oldu

Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub və xüsusi olaraq regional məsələlər müzakirə edilib;

Çərşənbə günü Kremlin mətbuat xidmətindən verilən məlumata görə, söhbət Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub.

"İyul ayında Azərbaycan-Ermənistan dövlət sərhəddində vəziyyətin gərginləşməsi kontekstində regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Rusiya tərəfi gərginliyin artmasına səbəb olan istənilən hərəkətin qarşısını almağın vacibliyini vurğulayıb", - deyə məlumatda bildirilir.

Söhbət əsnasında Azərbaycan lideri Rusiya Federasiyasının rəhbərini koronavirus infeksiyasına qarşı peyvəndin qeydiyyata alınması münasibətilə də təbrik edib.

"İlham Əliyev Vladimir Putini koronavirus infeksiyasına qarşı Rusiya peyvəndinin qeydiyyata alınması münasibətilə təbrik edib", - Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutmuş Rusiya - Azərbaycan liderlərinin söhbətinin yekunları üzrə məlumatda belə deyilir.

Mətbuat xidmətindən verilən məlumata görə, ölkələrin liderləri ikitərəf üçün gündəmdəki aktual problemləri də müzakirə ediblər. "Bütün sahələrdə Rusiya-Azərbaycan tərəfdaşlığını daha da gücləndirmək üçün qarşılıqlı mövqe təsdiqlənib". moderator.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar