Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Maksim Musayev Siyavuş Novruzova haqq qazandırdı

Tarix: 05-08-2020 09:33     Baxış: 5564 A- / A+
Maksim Musayev Siyavuş Novruzova haqq qazandırdı

Prezident Administrasiyanın (PA) keçmiş rəhbəri, Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev son aylarda gündəmin əsas müzakirə edilən simalarındandır. Onu tənqid edənlərin sayı durmadan artır. Son olaraq, Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov modern.az saytına verdiyi geniş müsahibədə bu məsələyə toxunub və ciddi müzakirələr doğuran fikirlər səsləndirib.

Deputat bildirib ki, onun qarşısında ikiqat əyilənlər indi haqqında xoşagəlməz sözlər deyirlər, əlini öpənlər bu gün danışmağa başlayıb. Hətta S.Novruzov dediklərinin şahidi belə olduğunu deyir.

PA rəhbərinin əsas sərt tənqidçilərindən biri də YAP-ın qurucularından sayılan, Xızının keçmiş icra başçısı, sabiq deputat Maksim Musayevdir.

Manevr.az bildirir ki, o, “Yeni Müsavat”da YAP funksionerinin dediklərinə belə cavab verdi: “Bilmirəm ki, bu sözlərin müəllifi kimi nəzərdə tutur. Açıq danışsın. 20 ildir ki, Ramizi görmürəm və görmək istəyində də deyiləm. Ondan əvvəldə də onunla görüşmək məqsədim və şəxsi əlaqəm olmayıb. Çünki 1988-ci ildən sonra ona ilk günlər soyuq, sonralar isə acıqlı münasibətim olub. Səbəbini isə hələlik açıqlamaq istəmirəm. Onun qarşısında ikiqat əyilmək məsələsinə gəlincə, müəllifin fikirləri həqiqətdir. Düz danışır. Mən də dəfələrlə eşitmişəm ki, qarşısındakının ikiqat olmasını sevir. Yaltaqlara, ikiüzlülərə, xəbərçilik edənlərə, böhtançılara və təlxəklərə rəğbətlə yanaşır. Dizi üstə oturub əlini öpənlərdən xoşu gəlir. Amma Ramiz Mehdiyev akademiyada bunları etməsə, daha yaxşı olar. Çünki koronavirusa yoluxa bilər. Allah onu qorusun”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar