Xəbər lenti
Angela Merkel öz populyarlığını qoruyub saxlayıb

Almaniyada aparılan sosial sorğunun nəticələrinə görə, almanların üçdə ikisindən çoxu, daha dəqiq desək, rəyi soruşulanların 71 faizi Angela Merkelin kansler postundakı fəaliyyətindən məmnunluqlarını ifadə edib.
Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, Merkel federal hökumət başçısı postunda olduğu bütün bu illər ərzində liderlik mövqeyini əlindən verməyib. Hazırkı reytinq siyahısında ikinci yerdə Maliyyə naziri Olaf Şolts, üçüncü yerdə isə Səhiyyə naziri Yens Şpan qərarlaşıb.
Əhali üçün indi ən mühüm mövzu iqlimin qorunması və koronavirusla mübarizədir. Respondentlərin 85 faizi pandemiya səbəbindən əhalinin sıx toplandığı yerlərdən uzaq durur, 57 faizi isə yay məzuniyyətini evdə keçirməyi planlaşdırır.
Almanların yarısı infeksiyanın ikinci dalğasından ehtiyat edir. Bəzi proqnozlara görə bu, yayın sonunda -payızın əvvəlində gözlənilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar