Xəbər lenti
“Azərbaycan Türk Respublikası“- Deputat ad dəyişikliyi haqda danışdı

"Bu məqsədlə referendium keçirməyə imkanımız yoxdur. Bu kimi məsələlərin səsləndirilməsinə normal baxıram. Amma bütövlükdə ad dəyişikliyinə gedəcəyiksə, nə referendum keçirməyə, nə də onu BMT-də təsdiqlətməyə imkanımız yoxdur. Bu səbəbdən indiki məqamda məsələnin gündəmə gətirilməsi bir qədər uyğun deyil".
Manevr.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanın Azərbaycan Türk Respublikası adlandırılması təklifinə münasibət bildirərkən deyib.
"Koronavirus dövründə bu məsələni müzakirə etməyimiz ən azından mümkünsüzdür. Fikrimcə, mövcud adda qalmağımız daha məqsədəuyğundur. Çünki, ölkə daxilində əlavə təlatüm yaratmağa ehtiyac yoxdur. Onsuz da Azərbaycan deyiləndə bilinir ki, bura türk dövlətidir. Bu mənada "türk” adının dövlətin adının qarşısında qeyd edilməsinin hansısa bir dəyişiklik yaradacağını düşünmürəm. Gələcəkdə isə bu ideyanı qaldırmaq olar”, - deyə deputat qeyd edib./yenisabah.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar