Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Bu, Paşinyanın növbəti dəfə özünüifşası idi" - Millət vəkili

Tarix: 20-06-2020 11:42     Baxış: 4219 A- / A+
"Bu, Paşinyanın növbəti dəfə özünüifşası idi" - Millət vəkili

"Azərbaycan Şərq Tərəfdaşlığı çərçivəsində də Avropa İttifaqı ilə əməkdaşlıq edir. 2009-cu ildə əsası qoyulan Şərq Tərəfdaşlığı proqramı ilə müxtəlif sahələrdə qurulan əməkdaşlıqda əhəmiyyətli nəticələrə imza atılıb. Ötən 11 il ərzində təşkilat Azərbaycan iqtisadiyyatına böyük sərmayalar qoyub və ölkənin əsas ticarət tərəfdaşı olub”.

Manevr.az xəbər verir ki, bu fikirləri teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Deputat qeyd edib ki, bu gün Azərbaycanın Avropa İttifaqı ilə yüksələn xətlə inkişaf edən münasibətləri var: "Ölkəmizin İttifaqın 9 üzvü ilə strateji tərəfdaşlıq əlaqələri mövcuddur. Eyni zamanda, Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişinin də 90 faizi artıq razılaşdırılıb. Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır və yaxın zamanda ölkəmiz Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz edəcək".

Millət vəkili vurğulayıb ki, Şərq tərəfdaşlığı sammitlərində Azərbaycanın mövqeyi qəti olur və müdafiə edilir: "Bu mənada, Şərq tərəfdaşlığının son sammiti də istisna təşkil etmədi və Azərbaycanın Ermənistan üzərində növbəti siyasi qələbəsi kimi tarixə düşdü.

Şərq Tərəfdaşlığı ölkələrinin sammitində Nikol Paşinyan növbəti dəfə özünü necə ifşa etdiyini hər iki tərəf görmüş oldu. Ermənistan baş naziri bir daha özünü siyasətdə qeyri-peşəkar göstərdi. Paşinyan Ermənistandakı vəziyyəti nəzərə alaraq daxili auditoriyaya hesablanmış çıxış edirdi. Lakin siyasi və diplomatik qabiliyyəti olmadığından özünü pis vəziyyətə saldı”.

Millət vəkilinin fikrincə, Avropa İttifaqı rəhbərliyi tərəfindən ciddi tərəfdaş kimi qəbul edilən Azərbaycanla müqayisədə Ermənistan çox aciz və cılız nəzərə çarpırdı: "Bununla da Paşinyan beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə özünü biabır etdi.

İşğalçı ölkə sosial partlayış ərəfəsindədir. Xalq artıq Paşinyanın populizminə inanmır. Küçə demokratiyası Ermanistanda dayaq tapmadı. İnsanların gözləntiləri özünü doğrultmadı. Məhz bu səbədəndir ki, son günlər işğalçı ölkədə xaos hökm sürür. Parlamentin üzvü Sarukyanın həbsindən sonra baş verənlər, polisin aksiyaçılara qarşı zor tətbiqi, jurnalistlərin belə təqibə məruz qalması prosesləri demək olar ki, məcrasından çıxarıb.

Bunların fonunda biz Qərb institutlarının sükutunu seyr edirik. Nədənsə insan hüquqularından bəhs edən Qərb institutları varlıqlarını göstərmirlər. Digər ölkələrdə analoji hallar baş verdikdə böyük ajiotaj yaradan Qərb təşkilatları Ermənistandakı hadisələrə loyal münasibət bəsləyirlər. Bunun özü də ikili standartlardan, ayrı-seçkilikdən və qərəzdən xəbər verir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar