Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Elə oliqarxlar yetişib ki, İnsanov onların yanında kasıb tələbə təsiri bağışlayır”

Tarix: 16-06-2020 19:21     Baxış: 3320 A- / A+
“Elə oliqarxlar yetişib ki, İnsanov onların yanında kasıb tələbə təsiri bağışlayır”

Sabiq səhiyyə naziri Əli İnsanov “Xural” TV-yə müsahibəsində ölkədə fəaliyyət göstərən 4 müxalifət partiyasının və YAP-ın əməkdaşlığının vacib olduğunu bildirib.
Manevr.az yenisabah.az-a istinadən xəbər verir ki, siyasi kluarlarda sözügedən 4 müxalifət partiyasının Müsavat, AXCP, REAL və HƏP olduğuna dair mülahizələr səslənməyə başlayıb.

Politoloq Azər Rəşidoğlu sayta açıqlamasında sosial şəbəkələrdə adları hallanan təşkilatların siyasi müstəvidə bir araya gəlməsinin mümkünsüz olduğunu bildirib: “Belə bir formatda koalisiya mümkün deyil. Bir-birinə nifrət edən və tamamilə fərqli maraq qruplarına xidmət edən siyasi qüvvələrin əməkdaşlığı imkansızdır. Azərbaycanda tamamilə yeni siyasi situasiya yetişir və elə qüvvələr meydana çıxacaq ki, adlarını çəkdiyiniz partiyalar kölgədə qalacaq”.

Azər Rəşidoğlu qeyd edib ki, Əli İnsanov siyasi proseslərə istiqamət verəcək gücdə deyil: “Əli İnsanov keçmişdir. O, arxasında maliyyə dəstəyi olduğunu güman edir. Lakin indi elə oliqarxlar yetişib ki, İnsanov onların yanında kasıb tələbə təsiri bağışlayır. Digər tərəfdən, Qərbi Azərbaycan amili artıq öz aktuallığını itirib. Oliqarxiya yerliçiliyə zərbə vurub. Bu baxımdan, İnsanovun böyük perspektivi olduğunu güman etmirəm. “Köhnə qvardiya”nın birləşməsi də effekt verə bilməz. Vəziyyət dərinləşərsə, həmin təbəqəyə sarsıdıcı zərbələr endiriləcək və bunu onlar özləri də bunu dərk edir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar