Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Əli İnsanovun korrupsioner olduğunu Zəlimxan Məmmədli yaxşı bilir” - REAKSİYA

Tarix: 15-06-2020 16:47     Baxış: 4247 A- / A+
“Əli İnsanovun korrupsioner olduğunu Zəlimxan Məmmədli yaxşı bilir” - REAKSİYA

Məlum olduğu kimi, bir neçə gün əvvəl eks-prezident Əbülfəz Elçibəyin sədrliyi dövründə Azərbaycan Xalq Cəbhəsi Partiyasında sədr müavini postunu tutmuş, hazırda isə “Borçalı” Cəmiyyətinə rəhbərlik edən Zəlimxan Məmmədli Sabiq səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq və Ədalət Partiyasına üzv olub. Zəlimxan Məmmədlinin bu qərarı siyasi çevrələrdə birmənalı qarşılanmayıb.

Manevr.az-ın məlumatına görə siyasi şərhçi, Əməkdar jurnalist Azər Həsrət yenisabah.az-a açıqlamasında deyib ki, Əli İnsanovun Azərbaycanda ən nəhəng korrupsionerlərdən biri olduğunu bilməyən adam yoxdur, ona görə də Zəlimxan Məmmədlinin onun yanında yer alması sadəcə heyrət doğurur: “Mən Zəlimxan Məmmədli ilə bağlı durumu izlədim. Düzünü desəm, xeyli təəccüblənmişəm. Çünki Zəlimxan Məmmədli həqiqətən də istər Xətai rayonunun başçısı işləyəndə, istərsə də ümumilikdə baş verən siyasi proseslərdə öz imicini qorumağı bacarmış adamdır. Onu milliyyətçi xətti olan, rüşvət və korrupsiyadan uzaq duran bir insan kimi tanımışam. Açığı, ideoloji baxımdan bəlli bir rəğbətim də olub. Onun indi gedib Əli İnsanova qoşulması qəribədir. Çünki Əli İnsanov kim olur olsun, Azərbaycanda onun ən nəhəng korrupsionerlərdən olduğunu bilməyən adam yoxdur. O cümlədən də Zəlimxan Məmmədli yəqin ki, bunu yaxşı bilir”.

Əməkdar jurnalist Zəlimxan Məmmədlinin siyasi fəaliyyətlə məşğul olmasını normal qarşıladığını deyib. Lakin qeyd edib ki, Məmmədlinin Əli İnsanovla birlikdə fəaliyyət göstərməsi onunçün qaranlıq məsələdir: “Onlar guya korrupsiya və rüşvətxorluğa qarşı, yaxud da insan haqlarının qorunması üçün mübarizə aparırlar. Burada Əli İnsanov və onun kimiləri nəzərdə tuturam. Amma təbii ki, Zəlimxan Məmmədli o adamlardan biri deyil. Orada olmaq onun seçimidir, lakin məndən soruşulacaq olsaydı, onu Əli İnsanova bulaşmamağa dəvət edərdim”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar