Xəbər lenti
Baş prokurorun yeni müavini kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilib. Sərəncamla Baş Prokurorluğun idarəetmədə nəzarət mexanizminin optimallaşdırıması məqsədilə Baş prokurorun əlavə müavini vəzifəsi təsis edilib. Dövlət başçısının imzaladığı sərəncamla Heydər Vidadi oğlu Məmmədov Baş prokurorun yeni müavini təyin olunub.
Manevr.az xəbər verir ki, Heydər Vidadi oğlu Məmmədov bu vəzifəyə kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsini icra edib.
Məlumat üçün bildirək ki, Baş ədliyyə müşaviri olan Məmmədov Heydər Vidadi oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə bu ilin fevral ayında təyin olunub. Bu vəzifədən əvvəl isə Nəsimi və Nizami rayon prokurorluqlarında müstəntiq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin və Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifələrində çalışıb.
Qeyd edək ki, Baş prokurorun yeni müavininin 34 yaşı var. 1986-cı ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsindən məzun olub. Azərbaycan Prezidentinin 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə Heydər Vidadi oğlu Məmmədov "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar