Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Politoloq:"İnstaqramda qlamur poz verən müğənnilərlə savaşı udmaq olarmı?!"

Tarix: 06-06-2020 11:55     Baxış: 3289 A- / A+
Politoloq:"İnstaqramda qlamur poz verən müğənnilərlə  savaşı udmaq olarmı?!"

"Dünənki mənzərə bir çoxlarımızda təəssüf hissi yaradıb. Cəmi 2 günlük karantinə görə marketlərə kütləvi hücum, çörəyin yoxa çıxması və s."

Manevr.az xəbər verir ki, bu sözləri tanınmış politoloq, Beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə mütəxəssis Nəzakət Məmmədova "həftəsonu qadağası" ilə əlaqədar marketlərdə, çörək mağazalarında yaranmış acınacaqlı vəziyyətə münasibət bildirərkən deyib. Politoloq gündəmi şərh edib və əhalinin qısamüddətli çətinliyə bu cür reaksiyasına münasibətlə yanaşı, müharibə başlayarsa, nələrlə üzləşəcəyimiz haqda fikirlərini bildirib:
"Məni bir sual düşündürür. Tutaq ki, biz Qarabağda müharibəyə başladıq. Mən də daxil olmaqla əminəm ki, əhalinin əksəriyyəti bunu istəyir və ermənilərin alçaq hərəkətlərindən sonra bu artıq cəmiyyətin dövlətdən tələbi halına gəlib. Təsəvvür edin ki, biz müharibəyə başladıq. Beynəlxalq təşkilatlar, bəzi dövlətlər ermənilərin hay-küy qaldırmasından sonra təzyiqlərə başlaya, hətta sanksiya tətbiq edəcəklər. Ermənilərin əsas arqumenti bu olacaq ki, Azərbaycan dinc mülki əhalini qırır. Belə olan halda qıtlıq yaranacaq, çünki xaricdən asılyıq, istehsal sahəmiz inkişaf etməyib. Neftin pullarına arxayın olub hər şeyi xaricdən alıb gətirmişik. Müharibə başlayır, bizə embarqo tətbiq edilir və s. Bu dəfəki müharibə heç də qısa çəkməyəcək. Hər iki tərəf silahlanıb, beynəlxalq təşkilatlar qarşısında münaqişənin yalnız sülh yolu ilə həllinə dair öhdəlik götürülüb. İlk olaraq həmin öhdəliyi pozmaqda günahlandırılacağıq. Bunları qoyuram qırağa. Bizim beynəlxalq qanunlara görə öz torpağımızı azad etmək hüququmuz var, nida! Amma...Müharibə təkcə Qarabağda getməyəcək, bütün ölkə müharibə şəraitində yaşamalı olacaq. Amma nə baş verəcək. İmkanlılar dərhal xaricə qaçacaq, ən azından müharibəyə getmək yaşı çatan uşaqlarını göndərəcək xaricə. Bizə qarşı embarqo tətbiq olanacağı halda ərzaq və s. qıtlıq yaranacaq, əhali panikaya düşüb marketlərə axın edəcək və s. Dərhal daxildəki 5-ci kalon - istər Rusiyanın, istər Qərbin özləri içəridən müharibə əhvalını sarsıtmağa çalışacaqlar. İnsan hüquqları belə getdi, yatan erməniləri öldürmək olmaz və s. Erməni agenturası dərhal işə keçəcək, halbuki, onu zərərsizləşdirmək qabiliyyəti olan xüsusi xidmət orqanları yoxdur. Bu, icra hakimlərini həbs etməyə bənzəməz. Müharibə aparan ölkənin dövlət orqanları buna hazır olmalıdır, hazır deyil. Sənayesi hərb şəraitinə uyğunlaşmalıdır, sənaye ümumiyyətlə yoxdur, əhalinin psixoloji durumu buna hazır olmalıdır, 2 günlük karantin bunu göstərdi. Diplomatik hazırlıq olmalıdır, o da göz önündədir. İnstaqramda qlamur poz verən müğənnilərlə və onların çoxmilyonluq izləyiciləri ilə savaşı udmaq olarmı?! Heç bir müharibə rahatlıq, komfortla, asanlıqla udulmayıb. Aclıq, susuzluq, əzab-əziyyət hesabına qələbə əldə olunub. Müharibə başlasa onun yaratdığı çətinliklərə axıra qədər dözüb müharibəni udmağa həqiqətən hazır neçə faiz var, real olaraq, bax, o faizlə biz uda bilərikmi, ya yox?! Bütün savaşa hazırlıq planları o faizin üzərindən hesablanmalıdır.
P.S. Xahiş edirəm etiraz edərkən pafosdan uzaq olub, real düşünün. Mən nə XİN naziriyəm, nə müdafiə naziri. Düşündüyümü yazan bir təhlilçiyəm, vəssalam".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar