Xəbər lenti
“Hazırkı məqamda Qarabağda hərbi əməliyyatların bərpası ehtimalı çox realdır”
Son vaxtlar Ermənistanın sadəcə Qarabağ cəbhəsində deyil, Azərbaycan-Ermənistan təmas xəttində, xüsusilə də Qazax rayonu istqiamətində atəşkəsi mütəmadi surətdə pozması, yeni təxribatlara cəhd etməsi müşahidə edilir. Bəzi politoloqlar hesab edir ki, düşmən atəşkəsi məhz Azərbaycan-Ermənistan sərhəddində pozmaqla ölkəmizi təxribata çəkmək, onun qarşılıq verməsinə nail olmaq və bununla da KTMT-nin proseslərə müdaxiləsinə zəmin yaratmağa çalışır.
Bəs əslində necə, KTMT-nin Azərbaycan-Ermənistan təmas xəttindəki hərbi qarşıdurmaya müdaxiləsi ehtimalı varmı?
Manevr.az xəbər verir ki, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu qənaəti bölüşmədiyini vurğulayıb:
“Hesab edirəm ki, bu məsələyə heç kim, xüsusilə də KTMT üzvləri qarışmayacaq. Onlar dəfələrlə bəyan ediblər ki, bu məsələyə müdaxilə etməyəcəklər. Ona görə də KTMT-nin bu məsələyə müdaxilə edə biləcəyi ilə bağlı səslənən mülahizələri yersiz fikirlər hesab edirəm”.
T.Zülfüqarov indiki məqamda Qarabağ cəbhəsində hərbi əməliyyatların bərpası ehtimalının da yüksək olduğunu vurğuladı:
“Hazırda hərbi əməliyyatların bərpası ehtimalı çox yüksəkdir. Bunun səbəbləri çoxdur. Ermənilər Azərbaycana qarşı təxribatlarını davam etdirir. Əslində bu təxribatlar Azərbaycanın ictimai rəyinə yönəldilib. Şuşadakı şou və s. kimi addımlar bu qəbildən olan təxribatlardır. Hesab edirəm ki, indiki situasiyada hərbi əməliyyatların bərpası çox real görsənir”./moderator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar