Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Sosial şəbəkələrə nəzarət edilməlidir” – Elman Nəsirov

Tarix: 30-05-2020 18:22     Baxış: 3256 A- / A+
“Sosial şəbəkələrə nəzarət edilməlidir” – Elman Nəsirov

“Dövlətin təhlükəsizliyini təhdid edən sosial şəbəkələrə nəzarətin təmin edilməsinə ehtiyac var”.

Manevr.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrə nəzarətin gücləndirilməsi ilə bağlı verdiyi qərar haqda teleqraf.com-a danışan millət vəkili Elman Nəsirov belə deyib.

Millət vəkili xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp 1996-cı ildə qəbul edilmiş “Kommunikasiya Müdafiə Aktı”nın 230-cu paraqrafının fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edib:

“Burada söhbət, ilk növbədə, texnoloji formatlar, şəbəkələr və platformaların sahiblərinin və ya onları idarə edənlərin məsuliyyətindən gedir. Bura Tvitter, Feysbuk və digər sosial şəbəkələr daxildir. Həmin aktda göstərilirdi ki, texnoloji şirkətlər və ya sosial şəbəkələr yayılan istənilən məlumatın məzmununa və dezinformasiya olub-olmamasına görə məsuliyyət daşımırlar. ABŞ prezidentinin məlum qərarından sonra isə bu mümkün olmayacaq, onlar hüquqi məsuliyyət daşıyırlar və heç bir halda onlara məxsus sosial şəbəkələrdə çap olunmuş məlumatlara görə məsuliyyət daşımadıqlarını deyə bilməzlər.

ABŞ Prezidenti Donald Tramp öz qərarında göstərir ki, sosial şəbəkələrin nəzarətdən kənarda qalması, dövlətin təhlükəsizliyi üçün son dərəcə ciddi təhdidlər yaradır. Biz bunu Azərbaycanın timsalında da görürük. Ölkəmizdə də bir çox hallarda sosial şəbəkələrdən yalan, iftira yaymaq, dövlətə və onun konstitusion quruluşuna qarşı qəsdlər hazırlamaq üçün istifadə olunur. Bu kimsəyə sirr deyil. Bir çox hallarda sosial şəbəkələrdən siyasi opponentləri gözdən salmaq, dezinformasiya yaymaq məqsədilə də istifadə olunur”.

Elman Nəsirov bildirib ki, sosial şəbəkələr daha çox səfərbər olmuş cəmiyyətin parçalanması, vətəndaş həmrəyliyinin pozulması üçün çağırışların edildiyi bir məkana çevrilib:

“Biz dəfələrlə şahidi olmuşuq ki, Azərbaycan cəmiyyətində bununla bağlı narazılıqlar üzə çıxır. Haqlı olaraq, Azərbaycan cəmiyyətində sosial şəbəkələrdəki bu özbaşınalıqlar qınaq obyektinə çevrilib. Dəfələrlə şahidi olmuşuq ki, Azərbaycan ictimaiyyəti, ziyalılar, düşünən insanlar dövlətdən tələb edirlər ki, bu sahəyə də xüsusi diqqət ayırsın, buradakı özbaşınalığa, qeyri-qanuni fəaliyyətə son qoyulsun.

Hesab edirik ki, ABŞ kimi fövqəldövlətin rəhbərliyinin belə bir addım atması, olduqca təqdirəlayiq, dezinformasiyaların qarşısının alınması üçün atılmış bir addımdır. Nəticədə dövlətlərdə və cəmiyyətlərdə sabitliyin və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş bir qərardır. Hesab edirəm ki, bu nöqteyi-nəzərdən, bu vaxtında atılmış addımdır və Azərbaycanda da analoji addımın atılmasına böyük ehtiyac var”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar