Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Qarabağda da abadlıq işi aparacağımıza şübhə yoxdur..." - Millət vəkili

Tarix: 30-05-2020 16:05     Baxış: 4286 A- / A+
"Qarabağda da abadlıq işi aparacağımıza şübhə yoxdur..." - Millət vəkili

Bu gün Azərbaycanda bütün sahələrdə inkişaf var, ölkəmizin iqtisadiyyatı böyüyür, insanların həyat səviyyəsi daha da yaxşılaşır. Azərbaycan regionda həyata keçirilən bütün qlobal enerji layihələrinin əsas tərəfdaşlarından biridir. Əhalinin sosial təminatının gücləndirilməsi, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır.

Manevr.az xəbər verir ki, Millət vəkili Ceyhun Məmmədov teleqraf.com-a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, dünyanı bürüyən belə bir pandemik şəraitdə bir sıra ölkələr sosail layihələri demək olar ki, dayandırıb.

Millət vəkili bildirib ki, heç bir halda Azərbaycanda sosial tədbirlərin, sosail layihələrin dayandırılmayacağını cənab Prezident İlham dəfələrlə bəyan edib. Onun fikrincə “Qobu Park-3” yaşayış qəsəbəsinin açılması bu fikri bir daha təsdiq edir:

“Burada diqqəti çəkən digər vacib məqam isə bu qəsəbələrdə əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən tədbirlərdir. Bildiyiniz kimi, sözügedən qəsəbədə xalçaçılıq mərkəzi və uşaq oyuncaqları istehsal olunan müəssisə də fəaliyyət göstərəcək. Bu isə orada yaşayan insanların işlə təmin olunmasına töhfə verəcək”.

Millət vəkili onu da əlavə edib ki, Ermənistan bu gün yeritdiyi təcavüz siyasəti nəticəsində regionda həyata keçirilən bütün layihələrdən kənarda qalıb, özünütəcridd vəziyyətindədir. Getdikcə bu ölkədə böhran daha da dərinləşir. Torpaqlarımızı işğaldan azad etməyənə kimi Ermənistan Azərbaycanın regionda keçirdiyi bütün layihələrdən kənarda qalacaq, bu isə Ermənistan iqtisadiyyatında böhranın dərinləşməsinə təkan verəcək:

“Qeyd etməliyik ki, torpaqların azad olunmasında iqtisadi güc xüsusi rol oynayır. Bu gün Azərbaycan öz torpaqlarını azad etməyə qadirdir. Ordumuzun fiziki və mənəvi hazırlığı yüksək səviyyədədir, müasir silah-sursat və texnika ilə təmin olunub. Qarşıya qoyulan bütün məqsədlərə nail olmağa qadirdir. Hazırda dövlətimiz torpaqlarımızın azad olunması üçün bütün zəruri tədbirləri görür. Torpaqlarımızın sülh yolu ilə azad olunması üçün danışıqlara üstünlük verilir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində beynəlxalq hüquq və normalar Azərbaycanın tərəfindədir”.

Milli Məclisin üzvü onu da diqqətə çatdırıb ki, hazırda Ermənistan danışıqları pozmaq üçün bütün addımları atır:

“Ermənistan rəhbərliyi riyakarlıq edir. Son dövrlər ermənilərin Dağlıq Qarabağda keçirdiyi seçkiləri, andiçmə mərasimini beynəlxalq qurumlar tanımadı. Buna Azərbaycanın həyata keçirdiyi aktiv xarici siyasət və diplomatik səylər nəticəsində nail olunub.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan öz torpaqlarını tezliklə işğaldan azad edəcək və Dağlıq Qarabağda abadlıq işləri aparılacaq, yeni binalar, xidmət sahələri yaradılacaq. Buna heç bir şübhə yoxdur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar