Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat: Bu halda Qarabağ işğal olunmayacaqdı - Video

Tarix: 30-05-2020 12:48     Baxış: 3249 A- / A+
Deputat: Bu halda Qarabağ işğal olunmayacaqdı - Video

Vaxtilə Ümummilli lider Heydər Əliyevi Moskvaya şikayət edən insanlar bu gün də əməllərindən əl çəkmirlər. Şikayətin ünvanı artıq Moskva deyil, Qərbi Avropadır. Nəticə etibarilə ünvan dəyişsə də, məqsəd eyni olaraq qalmaqdadır.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı zamanı səsləndirdiyi fikirlər haqqında danışarkən deyib. O bildirib ki, “Qobu Park-3” yaşayış kompleksinin açılışı ölkə başçımızın məcburi köçkünlərə göstərdiyi qayğının nümunəsidir:

“Prezident İlham Əliyev mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında birbaşa iştirak etdi. Açılışda Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da vardı. Çünki ölkədə “Qobu Park-3” tipli yaşayış məskənlərinin tikilməsində Mehriban Əliyevanın töhfəsi böyükdür. “Qobu Park-3” yaşayış kompleksində ümumilikdə on mərtəbəli 13 yaşayış binası inşa olunub. Bu yaşayış kompleksi özəl şirkətlər tərəfindən tikilib. Bu isə öz növbəsində ölkə başçısının son illərdə apardığı daxili siyasətin parlaq təcəssümüdür”.

Deputat vurğulayıb ki, Prezidentin “Ümummilli lider Heydər Əliyev hakimiyyətə daha əvvəl gəlsə, torpaqlarımız işğal olunmazdı” sözlərində böyük həqiqət var:

“Ölkə başçısının çıxışı zamanı bu məsələyə toxunması heç də təsadüfi deyil. Müstəqilliyin ilk illərində ölkədə hakimiyyət uğrunda mübarizə gedirdi. Belə bir zamanda vətənin bütövlüyünü, ölkənin gələcək müqəddəratını yalnız Ümummili lider Heydər Əliyev düşünürdü. Təsadüfi deyildi ki, Moskvada və ölkə daxilində olan bir çox qüvvə Heydər Əliyevi özləri üçün təhlükə görürdü. Çünki Azərbaycanı yalnız o xilas edə bilərdi. Bunun ən bariz sübutu Heydər Əliyevin Moskvada tutduğu postlardan ayrılmasının ardından Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına başlamasıdır. Bu hadisədən bir neçə ay sonra isə Sumqayıt hadisələri baş verdi. Bütün bunlar bir daha onu göstərir ki, ermənilər bu hadisələri Heydər Əliyev vəzifədə olarkən edə bilmirdi. Bu konteksdə cənab Prezident Şuşa şəhərinin işğal olunması haqda da danışdı. 1992-ci ilin may ayında Şuşa və Laçın işğal olundu. Əlbəttə, o vaxtkı hakimiyyətin də günahı var. Çünki öz şəhərlərimizi qoruya bilmədi. Ancaq Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlmək üçün xəyanət etmişdi. Şuşanın guya müdafiəsini təşkil edən adamlar satqınlıq edib, xəyanət edib, qaçıb gizlənmişdilər. Şuşa satıldı ki, hakimiyyətləri sabit olsun. Sonra Laçını da satdılar. Hakimiyyətə gəldilər. Ölkə başçısının vurğuladığı bu məqamlar yaxın tarixdə baş verən həqiqətlərdir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar