Xəbər lenti
"Yeni başçı ingiliscə danışmaq üçün göndərilməyib" - Aydın Mirzəzadə
Son günlər cənab Prezidentin vəzifələrə təyin etdiyi şəxslərə verdiyi tapşırıqlar cəmiyyət tərəfindən müsbət qarşılanır. Təyin edilənlər isə işlədiyi sahədə özünü müsbət tərəfdən tanıdan şəxslərdir və buna görə yüksək etimada layiq görülüblər. Bu təyinatlara qarşı birbaşa çıxmasalara da, bəziləri qüsur axtarmağa cəhd edir.
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
O qeyd edib ki, son təyin edilənlərdən ən çox hücuma məruz qalan isə YAP Gənclər Birliyinin sədri olan Seymur Orucovdur:
“Ayrı-ayrı bucaqlardan onun haqqında “kompromat” yaymağa, ictimai fikirdə işə başlamamış onun haqqında neqativ rəy yaratmağa çalışırlar. Ən son “şedevr kompromat” isə onun ingilis dilində çıxışı olan videonun yayılması və onun bu xarici dili yaxşı bilməməsinin vurğulanmasıdır. Tamamilə razıyam, Seymur ingilicə nəinki Harvard səviyyəsində, heç Malta dialektində də danışa bilmir. Ancaq bir məqam var ki, Seymur Ağstafaya ingiliscə danışmağa yox, rayonda ölkə rəhbərinin nümayəndəsi vəzifəsini yerinə yetirməyə göndərilib. Ona ingilis dilində düzgün tələffüzə görə deyil, rayonun sosial-iqtisadi inkişafını təmin etməsinə, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, sahibkarlığa dəstəyinə görə qiymət veriləcək”.
Aydın Mirzəzadə qeyd edib ki, o, yeni nəsil idarəçiliyin nümunəsinin yaradılmasında şəxsi nümunə olmalıdır:
“Seymura qarşı hücum təsadüfi deyil, əsas hədəf cənab prezidentin siyasi kursu, Yeni Azərbaycan Partiyasıdır. Seymurun YAP sıralarında formalaşması partiyanın potensialını, Azərbaycan gənclərinin Heydər Əliyev yoluna inamını göstərir. Seymur kimi gənclərimiz yüz minlərlədir, onlar müstəqil Azərbaycan mühitinin yetirmələridir və etimadı doğruldacaqlar. Seymur isə qarayaxmalara əhəmiyyət vermədən sadəcə olaraq işləyir. Prezidentin etimadını doğrultmağa çalışır, Ağstafada yeni mühit yaratmaq üçün çalışır. İnanırıq ki, bu onda alınacaq. İngilis dilini yaxşı bilməsə də”./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar