Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Fazil Mustafadan Sərdar Cəlaloğluna kübar cavab: “Ümid edirəm ki, o, 30 il sonra…”

Tarix: 10-01-2017 20:54     Baxış: 3542 A- / A+
Fazil Mustafadan Sərdar Cəlaloğluna kübar cavab:


Millət vəkili Fazil Mustafa Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun onun barəsində səsləndirdiyi fikirlərə cavab verib. A24.Az-a açıqlama verən deputat bildirib ki, İran saytlarının böhtanlarından qurtarmamış indi də başqa bir İran məzhəbçisi ona cəbhə açıb.

“İnanın ki, 30 il öncə mən də eyniylə Sərdar Cəlaloğlu kimi dinimiz, tariximiz, milliyətimiz, dövlətçiliyimiz mövzusunda cahil anlayışlara sahib idim. İndi dəhşətə gəlirəm ki, 30 il içində adamın gəldiyi nəticələr bu cür primitiv fikirlərə əsaslanır. Allah ömür versin!. Ümid edirəm ki, Sərdar Cəlaloğlu 30 il sonra bizim görüşlərimizin doğruluğunu hökmən təsdiqləyəcək. Ancaq kimliyindən asılı olmayaraq bu millətin kimliyini, tarixini, dinini saxtalaşdıranlara qarşı ən sərt formada mövqeyimizi ortaya qoymaq əzmindəyik”.


Qeyd edək ki, Sərdar Cəlaloğlu Fazil Mustafanın çox qəribə metod seçdiyini qeyd edib.

“Ağzını açıb onun fikrinə cavab verən adama dərhal bir yarlıq yapışdırır. Əslində isə o nə irançı, nə türkçü, nə də azərbaycanlıdır. O sadəcə sünni məzhəbinə məxsus olan bir şəxsdir. Sünni nöqteyi-nəzərdən Azərbaycan tarixinə baxır. Fazil Mustafa bu bölgədə bir türk dövlətinin yaranması ilə razılaşa bilmir. Tarixi də dərindən bilmir. Səfəvilər də, ondan sonra yaranan Əfşarlar və Qacarlar imperiyasının da irançılıqla əlaqəsi yoxdu. Bunu Azərbaycan türklərinin əlindən almaq ən böyük xəyanətdir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar