Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Leyla Abdullayeva Ermənistan XİN-ə cavab verdi

Tarix: 21-05-2020 19:32     Baxış: 3248 A- / A+
Leyla Abdullayeva Ermənistan XİN-ə cavab verdi

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən təşkil olunan qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə münasibət bildirib.

Manevr.az xəbər verir ki, XİN-in mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, Azərbaycanın işğal olunmuş torpaqlarında təşkil olunan “andiçmə” ilə bağlı şounu Ermənistan XİN-in “demokratik proses” adlandırması bu təcavüzkar ölkənin mahiyyətini göstərməklə yanaşı, demokratiya anlayışından nə qədər uzaq olduğunu göstərir.
“Digər dövlətin beynəlxalq tanınmış ərazisini işğal edib, oradakı insanları etnik təmizləməyə məruz qoyub, insan hüquqlarını kobudcasına pozmaq müasir beynəlxalq hüquqi dildə təcavüz adlanır, demokratiya yox.
Ermənistan XİN-in istinad etdiyi “xalq” ifadəsinə gəldikdə isə, birincisi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki ermənilər xalq yox, bu bölgədə yaşayan erməni icmanı təşkil edir. İkincisi, xalqların öz müqəddəratını müəyyən etmə prinsipindən danışmaq üçün isə, Ermənistan XİN-i əvvəlcə bu prinsipin nə demək olduğunu öyrənməli, Helsinki Yekun Aktını oxumalı, daha sonra bu prinsiplərə düzgün istinadlar verməlidir.
İşğalçı ölkənin şərhində sülhdən bəhs etməsi isə riyakarlığın son həddidir. Sülhü düşünən ölkə işğalçılıq siyasəti yürütməz, sülh istəyən ölkə, danışıqlar prosesinə əngəl törətməz və nəhayət, sülhü dəstəkləyən tərəf elə sülhün özünə başlıca təhdid olmaz”, - deyə XİN rəsmisi vurğulayıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar