Xəbər lenti
Millət vəkili: Düşmənə sarsıdıcı zərbə endirməliyik

"Qondarma mərasim danışıqlar prosesini pozmağa hədəflənmiş bir təxribatdır".
Manevr.az xəbər verirki, bu sözləri redaktor.az-a açıqlamasında millət vəkili fazil Mustafa bu gün Şuşada ermənilərin qondarma rejiminin başçısının "and içmə mərasimi" haqqında danışarkən deyib. O bildirib ki, bu hadisə bölgədə vəziyyəti gərginləşdirməyə xidmət edir:
“Ermənistanın bu əməli işğal altında olan Azərbaycan ərazilərindən etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərə qarşı bir həqarətdir. Həmçinin, bu, münaqişənin sülh yolu ilə nizamlanması prosesinə zərbədir”.
Millət vəkili bəzi ictimai-siyasi fəalların sözügedən mərasimə cavab olaraq Şuşanın vurulması ilə bağlı olan çağrıları haqqında da danışıb:
“İndiki məqamda atəşkəsi pozub, düşmənə hər hansı bir zərbə endirməklə, məsələnin həllinə nail olmamız mümkün deyil.
Biz ümumilikdə müharibə üzərində düşünməli, buna hazırlaşmalıyıq. Yəni, ciddi şəkildə müharibəyə hazırlaşıb, düşmənə həlledici zərbə endirməliyik. Amma əvvəlcə cəmiyyətin bütövlükdə bu prosesə qoşulması lazımdır. Hazırlıqsız şəkildə hücuma keçmək, kimisə fərdi qayda da cəzalandırmaq olmaz”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar