Xəbər lenti
İrandan II bəyanat: Qarabağın həlli yolu… - Video
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Beynəlxalq Qüds Günü (22.05.2020) ilə bağlı bu gün ikinci bəyanat yayıb.
Manevr.az xəbər verir ki, səfirlikdən axar.az-a daxil olan bəyanatda Beynəlxalq Qüds Gününün 41-ci ildönümündə Fələstin məsələsinin yeni həssas bir mərhələyə qədəm qoyduğu bildirilir.
“İran İslam Respublikası Beynəlxalq Qüds Günündə Fələstin xalqının azadlıq mübarizəsi ilə tam həmrəy olduğunu bəyan edir, sülh iddiası ilə səslənən “əsrin müqaviləsi” kimi hiyləgər planları rədd edir, islam dünyasında əsas məsələ olaraq Fələstinin tam azad edilməsinin əhəmiyyətini və sionist rejimin işğal və ekspansionizminə qarşı mübarizə aparmağın vacibliyini vurğulayır”.
Bəyanatda bir daha qeyd edilib ki, Fələstin, Qarabağ və islam dünyasının digər münaqişələrinin həllinə dəstək üçün islam həmrəyliyi məsələsinin diqqət mərkəzində saxlanması İran İslam Respublikasının xarici siyasətinin prioritetlərindəndir:
“İran İslam Respublikası dövləti keçən illər ərzində Ali rəhbərin təyin etdiyi siyasətə əsasən daim Azərbaycan Respublikasının ərazi bütövlüyünü, Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və beynəlxalq prinsiplər əsasında ədalətli həll edilməsini təkidlə vurğulayıb”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar