Xəbər lenti
“Uğursuz piket cəhdləri ilə öz havadarlarının da gözündən düşürlər” – Sona Əliyeva
“Milli Şuranın uğursuz mitinq cəhdlərindən sonra Müsavat Partiyasının ötən gün icazəsiz mitinq keçirmək cəhdləri bir daha onu göstərir ki, özlərini radikal müxalifət adlandıranların ölkəmizdə sosail dayaqları, eloktaratı yoxdur. Onlar bu cür icazəsiz aksiyalarla ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa çalışırlar”.
Bunu millət vəkili Sona Əliyeva deyib. Millət vəkili bildirib ki, radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər: “Dünən 30-40 nəfərlik kiçik bir qrupun asayişi pozmaq, insanları narahat etmək cəhdləri bir daha onu göstərdi ki, bunları xalqın rifahı, insaların xoş güzəranı, ölkədə mövcud olan ictimai-siyasi sabitlik maraqlandırmır. Onlar bu cür piketlərlə xaricdən qrant almağın yeni yollarını düşünürlər. Anlamırlar ki, bu cür uğursuz piketlərlə öz havadarlarının gözlərindən də düşüblər. Çünki nəticəsiz, elektoratsız, sosial dayaqsız qalmış radikalları artıq kimsə maraqlandırmır. Onların havadarları da dərk edir ki, xərclədikləri pullar özlərini müxalifət adlandıranlar tərəfindən xərclənir. Xalq da radikal müxalifətlə bağlı qərarını verib. Özü də 26 il əvvəl. Xalq bu cür səriştəsiz, milləti düşünməyən siyasi oyunbazları çoxdan arxivə göndərib”.
Millət vəkilinin sözlərinə görə, ölkə prezidentinin apardığı struktur və kadr islahatlarına kölgə salmağa çalışır: “Görülən işlər, aparılan islahatlar, əldə edilən uğurlar göz önündədir. Ölkəmiz mötəbər təşkilatların sammitlərinə ev sahibliyi edir. Dünyada nüfuz qazanıb. Ölkə prezidentimiz dünyanın ən nüfuzlu siyasətçilərindən biridir. Aparılan düşünülmüş siyasi kurs, ölkəmizin sosial və iqtisadi inkişafı dediklərimizi bir daha təsdiqləyir. Bu isə Qərbdəki bəzi dairələri qıcıqlandırır. Uğurlarımızı gözləri götürməyənlər ölkəmizdəki havadarlarına buyruq və təlimatlarını verirlər. Onlar da canfəşanlıqla ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Aparılan kadr islahatlarını, gəncləşdirmə siyasətini əsassız şəkildə tənqid edirlər. Halbuki xalqımız aparılan struktur və kadr islahatlarını ilk gündən dəstəkləyib və bu gün də dəstəkləməkdədir. Bu cür piket cəhdləri ilə yel qayadan heç nə apara bilməz”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar