Xəbər lenti
Hüseynov: Mən istədim, Elçibəy də prezident oldu - Video
Elçibəyin hakimiyyətə gəlməsində özünü cəbhəçi adlandıranların heç birinin mənim qədər rolu olmayıb. Mən istədim, Elçibəy də prezident oldu.
Manevr.az unikal.org-a istinadən xəbər verir ki, bu fikirləri sabiq baş nazir Surət Hüseynov “Xalq tarixini bilməlidir” verilişində səsləndirib. O bildirib ki, sonradan onun bu zəhməti qiymətləndirilmədi, əksinə, ona qarşı hücumlar başladı:
“Kimə hörmət edirsən, ayağı yer tutan kimi üstünə gəlir. Bu insanlarda belə bir xislət var idi. Amma mən seçki ərəfəsində mövqeyimi ortaya qoydum və “Prezident Elçibəy olacaq” dedim. Hamı da bilirdi ki, mən Elçibəyi dəstəkləyəcəyim təqdirdə o, prezident olacaq. Sonra Etibar Məmmədov yanıma gəldi. Mən ona dedim ki, hərəkatda Elçibəy ağsaqqalınız olub, qoy, o namizəd olsun, müharibəni bitirək, sonra siyasi mübarizə apararsız. Yəni mən Etibar Məmmədova "yox" dedim, Elçibəyin prezident seçilməsinə nail oldum. Bütün rayonlardakı nümayəndələrimizə tapşırmışdım ki, Elçibəyi müdafiə etsinlər, ona səs versinlər. Bu mənim ona qardaş dəstəyim idi. Amma sonrada mənim üstümə gəldilər. Hansı xislətə malik olduqlarını ortaya qoydular”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar