Xəbər lenti
“Rəsulzadə Paşinyanın babası və Qaregin Njde kimi hərbi cinayətlərdə iştirak etməyib”-Asim Mollazadə

Rəsulzadə SS-də iştirak etməyib, Paşinyanın babası və Qaregin Njde kimi faşistlərin işğal etdikləri ərazilərdə mülki əhalinin, yəhudilərin soyqırımını törətməyib.
Manevr.az-ın xəbərinə görə, bu sözləri Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Cümhuriyyətinin (1918-1920) banisi Məhəmməd Əmin Rəsulzadəni nasistlərlə əməkdaşlıqda ittiham etməsinə cavab olaraq bildirib.
“Rəsulzadə üzvləri Nürnberq məhkəməsi tərəfindən məhkum edilən SS-də olmayıb, hərbi cinayətlərdə iştirak etməyib. Ona görə də, Paşinyanın Rəsulzadə haqqında işlətdiyi ifadələr gülüncdür. O, belə danışmaqla bu gün Ermənistanda qəhrəmanlaşdırılan faşist casusu və kütləvi qətllərin müəllifi Qaregin Njde kimilərin cinayətlərini, ona qoyduqları heykəllə bağlı rüsvayçılığı ört-basdır etmək istəyir” – deyə, A. Mollazadə bildirib.
Millət vəkili Rəsulzadənin heç orduda belə olmadığını və Azərbaycan legionunun tərkibində müharibədə iştirak etmədiyini xatırladıb.etikxeber.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar