Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Sabir Rüstəmxanlı LGBT-dən danışdı: “Müalicəsi mümkün olmayan...”

Tarix: 15-05-2020 09:43     Baxış: 3215 A- / A+
Sabir Rüstəmxanlı LGBT-dən danışdı: “Müalicəsi mümkün olmayan...”

“Rafiq Manaflının LGBT ilə bağlı ifadələrindən məlumatsızam. Nə onlara hücumlardan, nə də hücum edənlərin mövqelərindən məlumatım yoxdur. Sosial şəbəkələrdə bununla bağlı açılan müzakirələr barədə də indi eşidirəm”.

Manevr.az xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı bildirib.

Qeyd edək ki, VHP-nin funksioneri və müxalif Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı Eldəniz Quliyevin jurnalist İsmayıl Cəlilov haqqında səsləndirdiyi etikadankənar bəyanatın onlayın müzakirəsi zamanı deyib ki, 1941-1945-ci illərdə Adolf Hitler "gey"ləri qırıb bitirməli idi. Bununla da Eldəniz Quliyevin bəyanatı bir kənara qalıb və gündəmi siyasətçi Manaflının LGBT ilə bağlı aqressiv fikirləri tutub. Hazırda Milli Şura bu mövqeyinə görə, sosial şəbəkələrdə ciddi tənqid edilir.

VHP sədri Sabir Rüstəmxanlı hesab edir ki, insanın öz iradəsindən asılı olmayan və həm də müalicəsi mümkün olmayan xəstəliklərə dözümlü və sakit yanaşmaq lazımdır.

Rafiq Manaflının çağırışından xəbəri olmadığını, çağırışın ola bilsin ki, Milli Şurada səsləndirildiyini bildirən Rüstəmxanlı bu fikirlərin VHP ilə əlaqəsi olmadığını bəyan edib:

“Biz partiyada bunun müzakirəsini açmayacağıq. Rafiq Manaflının dedikləri onun şəxsi fikridir. Nə dediyini bilmirəm, amma bu fikirlər Rafiq Manaflıya aiddir. Onun dediklərinin partiyaya aidiyyəti yoxdur. Təəssüf ki, Rafiq bəy son dönəmlər partiyadan daha çox Milli Şurada olur. Onun partiyaya, partiyanın mövqeyinə aidiyyəti yoxdur. Biz partiya olaraq belə işlərə qarışmırıq. Hər kəsin azadlıq hüququ var və istədiyi kimi yaşayır. Belə məsələləri siyasi mühitə gətirmək və müzakirə mövzusuna çevirmək olmaz”./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar