Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Hüquq-mühafizə sistemindəki islahatlar idarəetmədə şəffaflığı daha da artıracaq" - Sona Əliyeva

Tarix: 14-05-2020 21:14     Baxış: 3328 A- / A+
"Hüquq-mühafizə sistemindəki islahatlar idarəetmədə şəffaflığı daha da artıracaq" - Sona Əliyeva

"Prezident İlham Əliyevin ölkənin bütün sferalarını əhatə edən islahatlar kursu getdikcə daha geniş miqyas alıb. Siyasi, iqtisadi, kadr , struktur və sosial sahələrdə aparılan islahatlar ölkəmizin nüfuzunu daha da artırıb, mövqeyini möhkəmləndirib. Azərbaycanın idarəçilik sistemində çevikliyi gücləndirir, operativliyi daha da artırır, müasir çağırışlara uyğunluğu təmin edilir".

Bunu V çağırış Milli Məclisin deputatı, politoloq Sona Əliyeva deyib. Politoloqun sözlərinə görə, Azərbaycanda hüquq-mühafizə və digər istiqamətlərdə aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir: "Bu islahatlar, hətta inqilabi islahatlar adlandırılır və onların ölkə həyatının bütün sahələrində, xüsusilə idarəetmə strukturlarının işinin yenidən qurulmasında böyük rol oynayacağı şübhə doğurmur. Bunu gündəlik həyatımızda hər birimizi görürük".

Sona Əliyevanın fikrincə son illər ölkəmizdə aparılan kadr islahatları yeni, peşəkar, bilikli, müasir dünyagörüşünə malik mütəxəssislərə etimad göstərilməsi, onların önə çəkilməsinə əlverişli şərait yaradıb: "Onlara önəmli vəzifələrin həvalə edilməsi dövrün tələbidir. Hazırda müasir dünyada siyasi, iqtisadi sahələrdə, beynəlxalq müstəvidə müasir yanaşmalar hökm sürür. Belə bir zamanda peşəkarlara, yüksək keyfiyyətli təhsil almış gənc kadrlara ehtiyac var idi. Prezident Administrasiyasında, parlamentdə, məhkəmə sistemində aparılan islahatlar da bunu təsdiqlədi. Bütün bunlardan sonra Baş Prokurorluqda da genişmiqyaslı islahatlar aparılması zərurəti yarandı.
Cənab Prezidentin dövlət və hökümətin daxilində apardığı yenidənqurma və islahat siyasətində nəzərdə tutduğu istiqamətlər artıq öz bəhrəsini verir. 2 il öncə başlamış hüquqi, institusional və kadr islahatları geniş vüsət alaraq bu gün intensiv formada davam edir. Biz artıq dövlətin bütün sahələrində islahatlara açıq formada şahid oluruq. İslahat elan olunub, “sözdən əmələ” keçərək, icrası başlanılıb. İslahatlara qarşı gedən, islahatlara “mənfi fon” yaradanlara qarşı cəza tədbirləri də elan olunub, “sözdən əməl”ə keçərək, cəzalandırılmanın tətbiqinə başlanılıb. Prezident həm islahat istiqamətində, həm də islahatlara qarşı gedənlərə qarşı cəzanı tətbiq etməkdə “sözdən əmələ” yanaşmasını aydın şəkildə nümayiş etdidir".

Ekspertin sözlərinə görə, son dövrdə aparılan ciddi kadr və struktur dəyişikliklərini məhz bu cümlə ilə ifadə etmək olar: "Dövlətçilik və xalqın rifahı naminə qarşıya qoyulan məqsədlərə, islahatlar və strateji planlara əməl etməyənlər kənarlaşdırılmalı, daha doğrusu desək artıq kənarlaşdırılır. İslahatların gətirdiyi qaydalara riayət etməyənlər “qırmızı kart” alır. Hazırda ölkəmizdə dövlət idarəçilik sisteminin inkişaf etdirilməsi və idarəetmənin səmərəliləşdirilməsi və müasirləşdirilməsi istiqamətində struktur və kadr islahatları həyata keçirilməkdədir. Bu sahədə indiyə qədər bir çox müxtəlif dövlət siyasətləri və milli proqramlar hazırlanıb, yerli və beynəlxalq layihələr tətbiq edilib. Dövlət idarəçilik sistemində məqsədyönlü islahatların aparılması çərçivəsində dövlət qurumlarının məhsuldarlığının, məsuliyyətinin, şəffaflığının, hesabatlığının artırılması, eləcə də dövlət qulluğunda kadr potensialının inkişafı hal hazırda olduqca zəruri məsələlərdir. İndiyədək görülmüş tədbirlərin nəticə və təsirlərinin nəzərə alınaraq mütərəqqi beynəlxalq praktikaları və standartların milli çağırışlara, tələblərə və ehtiyaclara uyğunlaşdırılması əsasında bütövlükdə idarəçilik sisteminin mərkəzi və yerli səviyyələrdə daha da inkişaf etdirilməsi, idarəetmənin təkmilləşdirilməsi, o cümlədən dövlət qulluqçularının biliklərinin və bacarıqlarının müntəzəm və dayanıqlı surətdə artırılması olduqca önəmlidir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar