Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rüşvət alan icra başçıları hakimiyyətdə kimə güvənir? – Şərh

Tarix: 14-05-2020 17:54     Baxış: 4307 A- / A+
Rüşvət alan icra başçıları hakimiyyətdə kimə güvənir? – Şərh

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyatlar nəticəsində həbs edilən icra başçılarının Prezidentin xəbərdarlıqlarına məhəl qoymamasının səbəbi məlum olub.

Manevr.az xatırladır ki, hələ Ağstafanın icra başçısı Nizaməddin Quliyev həbs ediləndə bu olayın yerli icra hakimiyyətlərində dönüş yaradacağı barədə mülahizələr irəli sürülürdü. Ehtimal edilirdi ki, Nizaməddin Quliyevin həbsindən, ölkə başçısını və cəmiyyətin onun əməllərinə sərt reaksiya verməsindən sonra icra başçıları fəaliyyətlərinə korrektə edəcək. Ən azı onların koronavirus pandemiyası dövründə qanunsuz işlərlə məşğul olmayacağına inam yaranmışdı.

Sonrakı həbslər göstərdi ki, baş verənlərdən ibrət götürməyənlər var. Dərhal ictimaiyyəti belə bir sual düşündürməyə başladı: İcra başçıları hansı səbəbdən həbslərdən qorxmur və Prezidentin xəbərdarlıqlarına laqeyd yanaşır?

Bu sual ətrafında gedən diskurslarda icra başçılarının iqtidardakı yüksək vəzifəli şəxslər tərəfindən himayə olunması ehtimalı irəli sürülürdü. Bu ehtimalın irəli sürülməsi təsadüfi deyil. Çünki uzun illər hakimiyyətdə təmsil olunan oliqarx məmurlar vəzifələrə öz adamlarını yerləşdirmək imkanına malik olublar. Azərbaycanda rayonların həmin oliqarx məmurlar arasında bölüşdürüldüyü də yeni xəbər deyil. Dəfələrlə bu barədə mediada da yazılıb.

Dünən isə Prezident İlham Əliyev icra başçılarının hakimiyyətə himayədarlarının olmasına eyham edib. “Mən bir neçə dəfə xəbərdarlıq etmişəm, açıq demişəm ki, əgər əyri yoldan düz yola dönməsəniz, sonunuz pis olacaq, cəza tədbirləri tətbiq ediləcək. Ancaq bəziləri hesab edirdi ki, bu, onlara aid deyil. Bəziləri hesab edirdi ki, onlar qanundan üstündür. Yaxud da hesab edirdilər ki, kimsə onlara kömək göstərəcək, onların havadarları, onlara uzun illər ərzində dəstək verən yüksək vəzifəli şəxslər. Mən demişəm ki, bu, olmayacaq. Həyat da bunu göstərdi”, - deyə Preziden Kəlbəcərin yeni icra başçısı Azər Qocayevi qəbul edərkən bildirib.

Ölkə başçısının bu fikirlərindən o da aydın olur ki, iqtidarda təmsil olunan bəzi qüvvələr qanunsuz əməllərə yol verən məmurları himayə etməklə, onları arxayın salır, eyni zamanda elan edilən islahatlara maneə yaratmağa cəhd edir.

Amma İlham Əliyevin ortaya qoyduğu siyasi iradə nəticəsində həmin qüvvələr istəklərinə nail ola bilmirlər. Prezidentin “Mən demişəm ki, bu olmayacaq” fikri isə artıq iqtidar komandasında yüksək imtiyazlı məmurların sıxışdırılmağına, onların idarəçiliyi öz istədikləri şəkildə qurmasına imkan verilmir və verilməyəcək. Buna qarşı çıxanlar isə cəzalandırılacaq.../yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar