Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni baş naziri faşistlərlə birləşdirən nədir?

Tarix: 13-05-2020 10:21     Baxış: 4302 A- / A+
Erməni baş naziri faşistlərlə birləşdirən nədir?

Rusiya forpostunda baş verənlərə niyə susur; politoloq: “Adamlar öz faşist babalarına Qaragen Njdenin timsalında abidə ucaldıblar”

Ermənistanın paytaxtı İrəvanda faşist generalı Njde kimi tanınan, Hitlerin əlaltılarından biri sayılan, vaxtilə Vermahtın erməni cəza legionunun əsasını qoymuş Qaregin Ter-Arutunyana qoyulan heykəl ətrafında müzakirələrin getdiyi bir vaxtda məlum oldu ki, bu ölkənin rəhbərliyindəki bəzi şəxslər də faşizmə xidmət edənlərin törəmələriymiş.

Ermənistanın baş naziri Nikol Paşinyanın babası, Böyük Vətən müharibəsi iştirakçısı Nikol Paşinyanın faşistlərə xidmət etməsi ilə bağlı məlumatlar üzə çıxıb. Ermənistan mətbuatının məlumatına görə, bu, hökumət başçısının sosial şəbəkə hesabında etdiyi paylaşımdan sonra bəlli olub. Belə ki, babasının fotosunu paylaşan N.Paşinyan yazıb: “Nikol Paşinyan, 1913-1943. 138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib”.

Erməni mətbuatının araşdırmaları nəticəsində məlum olub ki, baba Paşinyan sovetlərə qarşı döyüşüb və faşizm ideyalarının “aşiq”lərindən olub. Maraqlıdır ki, N.Paşinyan şəcərə arxivinə həsr olunmuş bu paylaşımı İkinci Dünya müharibəsində qələbənin 75 illiyində edib və bununla da faşizmin yanında yer aldığını nümayiş etdirib. Əslində Ermənistanın əvvəlki rəhbərliyi eyni mövqeni 2016-cı ilin 28 mayında Nijdenin heykəlinin açılış mərasimini keçirməklə nümayiş etdirmişdi. Göründüyü kimi, Ermənistanın həm keçmiş, həm indiki rəhbərliyi Hitler nasizminin əlaltılarını qəhrəmanlaşdırmaq cəhdlərini nəinki davam etdirirlər, hətta Paşinyanın timsalında bununla fəxarət hissini açıq şəkildə büruzə verirlər. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, rəsmi İrəvan Hitlerin yaxın adamları olan erməni generalları Njde və Dronun (Drastamat Kananyan) adlarını təmizə çıxarmaq üçün bütün imkanlardan istifadə edirlər. Ölkəmizin prezidenti dəfələrlə bildirib ki, Nijdeyə qoyulan abidə sökülməlidir. Ancaq N.Paşinyan faşizmin qalıqlarını nəinki təmizləmək, üstəlik, babasının da bəşəriyyətin düşməni olan ideologiyaya xidmət etdiyini açıq şəkildə etiraf etməklə sanki erməni faşizminin Azərbaycana qarşı törətdiyi cinayətlərə bəraət qazandırmağa çalışır. Ortada sənəd-sübut, şəkil və baş nazirin etirafı var. Nijdeyə olan simpatiyanın kökündə bumu dayanır? Belə çıxmırmı ki, Paşinyan bir faşist simpatizanıdır? Maraqlıdır, niyə faşizm üzərində qələbəyə xüsusi önəm verən və faşizmdən başı bəlalar çəkmiş Rusiya öz forpostunda - Ermənistanda ortaya çıxan bu kimi faktların üstündən keçir?

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyanın babasının faşistlərə xidmət etməsi ilə bağlı Ermənistan mediasında yayılan məlumatlar, ermənilərin faşistlərlə eyni ideologiyanı paylaşdıqları barədə məlumatlı olan insanları bir o qədər də təəccübləndirmir: “Əslində erməni nasizminin tarixi alman nasizmindən daha qədimdir. XX əsrin əvvəllərində erməni Qriqoryan kilsəsinin, Daşnaksütyun kimi millətçi təşkilatların və onların ideoloji təsiri altında olan cinayətkar hərbi qruplaşmaların Azərbaycanda, Türkiyədə, Türkistanda, indiki İran ərazisində həyata keçirdikləri insanlıq əleyhinə cinayətlər erməni nasizminin alman nasizmindən heç də az təhlükəli olmadığını sübuta yetirir. Faşist Almaniyasının əsir düşərgələrində günahsız insanlara qarşı həyata keçirilən cinayətlərin üslubu ilə ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər arasında xüsusi müqayisə aparmağa da, qənaətimə görə, ehtiyac yoxdur. Təkcə Xocalıda gerçəkləşdirilən qətliamlar, günahsız insanların - körpələrin, qadınların, yaşlıların xüsusi amansızlıqla qətlə yetirilməsi erməni nasizminin vəhşi, insanlıqdan uzaq qanlı simasını ortaya qoyur. Bəlkə də araşdırılsa, Ermənistana ayrı-ayrı dövrlərdə rəhbərlik edən, yaxud bu ölkənin siyasi elitasında təmsil olunan şəxslərin böyük əksəriyyətinin babalarının İkinci Dünya müharibəsində faşistlərlə əməkdaşlıq etdiyi və ya terrorçu olduğu faktları da üzə çıxar”. E.Mirzəbəyli qeyd etdi ki, N.Paşinyanın onunla eyni adın daşıyıcısı olan babası ilə bağlı faktı da erməni mətbuatı aşkara çıxarıb: “Faktın təkzib edilməsi məqsədilə göstərilən cəhdlər də iflasa uğrayıb.
Erməni baş naziri faşistlərlə birləşdirən nədir?

Əslində İrəvanda faşist ideologiyasının daşıyıcısı və təbliğatçısı, qaniçən cəllad Qaregin Njdeyə abidə ucaldılması və buna qarşı Ermənistanda hər hansı bir etirazın baş verməməsi, bütövlükdə erməni cəmiyyətində faşizmə olan sevginin göstəricisi kimi də dəyərləndirilə bilər. Prezident İlham Əliyevin Aşqabadda, MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Ermənistanda faşizmin qəhrəmanlaşdırılması ilə bağlı açıqladığı təkzibolunmaz faktlar, işğalçı ölkə rəhbərinin bu faktlar qarşısında aciz qalması daha bir həqiqətin aşkara çıxmasına zəmin yaradıb. İndi Ermənistanın siyasi rəhbərlərinin, o cümlədən Nikol Paşinyanın faşistlərə olan sevgisinin mənbəyini axtarmağa da ehtiyac qalmır. Adamlar öz faşist babalarına Qaragen Njdenin timsalında abidə ucaldıblar”. Politoloq hesab edir ki, Rusiyanın bütün bu təkzibolunmaz faktların üzərindən sükutla keçməsinin səbəbləri var: “Əvvəla, qeyd edim ki, istər Qaragen Njde, istər faşist Almaniyasinin tərəfindən döyüşən ermənilərdən ibarət 11 batalyon və bir sıra digər hərbi birləşmələr, istərsə də Nikol Paşinyanın babası ilə bağlı məlumatlar Rusiya arxivlərindən əldə edilib. Yəni bu, o deməkdir ki, Rusiyada bütün bunlar haqqında bizdən az məlumatlı deyillər. Ola bilsin ki, Rusiya arxivlərinin üzərindən sirr pərdəsi götürülməyən hissəsində bundan daha dəhşətli faktlar var. Amma açıqlanmır, çünki Rusiyanın maraqlarına uyğun deyil. Ermənistan Cənubi Qafqazda Rusiyanın forpostudur, şimal qonşumuzun Ermənistanda hərbi bazası var, bu ölkənin sərhədlərini Rusiya sərhədçiləri mühafizə edir və bu da o deməkdir ki, Moskvada Ermənistanın sərhədlərini Rusiyanın sərhədləri kimi qəbul edirlər. Amma bununla yanaşı, Ermənistanla bağlı həqiqətlərin Rusiyanın ictimai rəyinə davamlı olaraq ötürülməsinin tərəfdarıyam. Azərbaycan prezidentinin Astanada səsləndirdiyi fikirlərin Rusiyada geniş rezonans doğurması da sübuta yetirdi ki, Rusiyanın ictimai rəyi ilə işləmək və nəticə əldə etmək mümkündür və bu rəy Rusiyanın Cənubi Qafqaz siyasətinə hansısa həlledici zaman kəsiyində təsir göstərə bilər”.

Qeyd edək ki, prezident İlham Əliyev ötən ilin oktyabrında Türkmənistanın paytaxtı Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan xalqının İkinci Dünya müharibəsində iştirakından bəhs edərkən N.Paşinyana tərs şillə vurmuşdu. Azərbaycan dövlət başçısı Ermənistanda nasistlərin davamçısı Qaregin Njdenin qəhrəmanlaşdırılmasını pisləmişdi. Bəyan etmişdi ki, MDB liderləri dəfələrlə nasistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxıblar. “Ermənistanın keçmiş hakimiyyəti İrəvanın mərkəzində alman faşistlərinə xidmət edən Qaregin Njde ləqəbli faşist cəllad və satqın Qaregin Ter-Arutyunyana abidə ucaldıb. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu abidəni sökməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına yer yoxdur”, - deyə prezident İ.Əliyev bildirmişdi. N.Paşinyan babası haqqında dosyeni ortaya çıxartmaqla Azərbaycan rəhbərliyinə onu ifşa etmək üçün əlavə arqument vermiş oldu...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar