Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tural Gəncəliyevdən Ermənistan ombudsmanına CAVAB

Tarix: 12-05-2020 16:29     Baxış: 3223 A- / A+
Tural Gəncəliyevdən Ermənistan ombudsmanına CAVAB

"Azərbaycan Respublikasının vətəndaşlarının ən təməl insan hüquqlarını pozan dövlətin – Ermənistanın bir nümayəndəsinin belə bir bəyanatının siyasi təbliğat məqsədilə ortaya atıldığı göz önündədir. Arman Tatoyan hazırda dəbdə olan insan hüquqları çətiri arxasında gizlənərək gəlişi gözəl fikirlər səsləndirməyə çalışır. İnsan hüquqlarından ağız dolusu danışan Arman Tatoyanın nədənsə ölkəsinin işğalı nəticəsində Azərbaycanın Qarabağ bölgəsində etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlı məcburi köçkünlərin hüquqlarından danışmağı unudub".

Bu fikirləri Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Ermənistanın ombudsmanı Arman Tatoyanın parlamentdə nitqi zamanı bir daha insan hüquqları mövzusunu siyasi alver, möhtəkirlik obyektinə çevirərək növbəti şou ilə çıxışına münasibət bildirən zaman deyib.

"Ermənistan ombudsmanının məqsədi əksər Ermənistan rəsmiləri kimi ölkəsinin sadəcə "danışıq xətrinə danışıq” taktikasına öz dəstəyini verməyə hesablanıb. Mən həm Ermənistanın siyasi rəhbərliyinin diqqətinə bir daha çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq biz dəfələrlə bölgənin erməni icmasının nümayəndələrini sülh şəraitində birgə yaşayışı müzakirə etmək üçün dialoqa dəvət etmişik, lakin müsbət bir cavab ala bilməmişik. Hansısa "danışıq xətrinə danışıq” deyil, məhz gələcəkdə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, sülh şəraitində birgə yaşayacaq iki icmanın dialoqu Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yekun sülhə yaxınlaşdıra bilər.

Buna görə də elə A.Tatoyanın özünü icmalararası dialoqu dəstəkləməyə dəvət edirəm. Amma əgər Ermənistan ombudsmanı Ermənistanda insan hüquqlarının təməl prinsiplərinə hörmətlə yanaşmayan şəxsləri aşkar etməklə məşğul olmaq istəyirsə, o zaman Xocalı soyqırımını, müharibə cinayələrini, insanlıq əleyhinə digər cinayətləri törədən şəxsləri mühakimə etməklə başlaya bilər.

Həmçinin Ermənistan ombudsmanı, Ermənistan ərazisində etnik təmizləməyə məruz qalaraq kütləvi şəkildə öz ata-baba yurdlarından qovulmuş azərbaycanlıların pozulmuş hüquqlarının bərpasına çalışmalıdır. Bu məsələ BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövrü İcmal prosesi çərçivəsində dövrü hesabatlar zamanı Ermənistan qarşısında qaldırılmışdır", - T.Gəncəliyev bildirib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar