Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Belarus ermənilərin sevincini gözündə qoydu: Laçın... - Video

Tarix: 12-05-2020 14:41     Baxış: 4302 A- / A+
Belarus ermənilərin sevincini gözündə qoydu: Laçın... - Video

Məşhur “Vorqeminq” (Wargaming) şirkətinin istehsalı olan yetərincə populyar “Vörld of Tanks” (World of Tanks) oyununun qlobal xəritəsində Azərbaycanın işğal altında olan torpaqlarının adının ermənicə qeyd edilməsi ilə bağlı səhv aradan qaldırılıb.

Manevr.az xəbər verir ki, bu barədə axar.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib. O bildirib ki, məsələ ilə bağlı Belarus səfirliyinə müraciət edilib:

“Şirkətin “Vörld of Tanks” oyununun xəritəsində Azərbaycanın işğal olunmuş ərazilərindəki şəhər adlarının erməni dilində verilməsi ilə əlaqədar XİN-in təlimatı əsasında ölkəmizin Belarus Respublikasındakı səfirliyi şirkətin rəhbərliyi ilə əlaqə saxlayaraq, bu səhvin aradan qaldırılması tələbi ilə çıxış edib. Azərbaycan tərəfinin müraciətinə cavab olaraq, şirkət tərəfindən xəritədə erməni dilində təqdim edilən adlar yığışdırılıb”.

Qeyd edək ki, məsələ ilə bağlı Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) mətbuat katibi Günel Gözəlova da saytımıza açıqlamasında NRYTN tərəfindən qeyd olunan təhrifin diplomatik kanallar vasitəsilə aidiyyəti üzrə çatdırılması məqsədilə Xarici İşlər Nazirliyinə müraciət edildiyini bildirmişdi.

Sözügedən oyunun 14-cü mövsümündə Xankəndi və Laçın şəhərlərimizin adı “Stepanakert” və “Berdzor” kimi qeyd edilmişdi. Ermənilər şirkətin bu addımını sosial şəbəkədə böyük canfəşanlıqla təbliğ edirdilər.

Manevr.az

Belarus ermənilərin sevincini gözündə qoydu: Laçın... - Video

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar