Xəbər lenti
Araz Əlizadə: “Əbülfəs Qarayev mənəvi məsuliyyət daşıyır”
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, keçmiş deputat Araz Əlizadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatı şərh edib.
Manevr.az-ın məlumatına görə, A.Əlizadə oxu.az-a açıqlamasında bildirib ki, korrupsiya və rüşvətxorluq xərçəng xəstəliyi kimidir.
“Korrupsiya və rüşvətxorluğun qarşısı vaxtında alınmasa, o, xərçəng kimi metastaz verir, strukturu içəridən dağıdır”, - deyə A.Əlizadə əlavə edib.
Onun fikrincə, DTX-nin Mədəniyyət Nazirliyindəki əməliyyatı bəzi strukturlarda korrupsiyanın olduğunu göstərir:
“Xalq dövlətin korrupsiyaya qarşı apardığı mübarizəni təqdir edir, dəstəkləyir. Hamı cənab Prezidentin korrupsiyaya qarşı qəti iradəsini yüksək qiymətləndirir”.
Keçmiş deputat Mədəniyyət Nazirliyindəki korrupsiya şəbəkəsinə görə, Mədəniyyət naziri Əbülfəs Qarayevin mənəvi məsuliyyət daşıdığını vurğulayıb: “Çünki Əbülfəs Qarayevin tabeliyində olan şəxslər qanunsuz əməllərə imza atıblar”.
Qeyd edək ki, DTX mayın 8-də Mədəniyyət Nazirliyində əməliyyat keçirib.
Əməliyyatla Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanılıblar.
Hər iki şəxs Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham olunur. Onların barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Prezident İlham Əliyevin mayın 9-da imzaladığı sərəncamlarla Rafiq Bayramov və Zakir Sultanov vəzifələrindən azad ediliblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar