Xəbər lenti
Prezident təqaüdçüsündən erməni yazarlarına çağırış
Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü, şair-publisist Tural Turan erməni şair və yazıçılarına çağırış edib:
"Buradan Ermənistanda və Dağlıq Qarabağda, eləcə də dünyanın müxtəlif yerlərində yaşayan erməni əslli yazıçı və şairlərə səslənirəm:
Yəqin sizlər də bizim kimi sülh tərəfdarısınız. Yəni, üçüncü qüvvələrin üstümüzdə, taleyimizdə oynadığı siyasətə qarışmırsınız. Elə biz də kənar durmağa çalışırıq.
Bilirsininiz, indiki məqamda xalqlarımızın əbədi sülhə böyük ehtiyacı var. Düşünürəm ki, bunu sizlər də yaxşı anlayırsınız. Çünki xalqlarımızı üç yüz illik bir tarix birləşdirir. Bu üç əsrlik tarixin son 32 ilini və müxtəlif dönəmlərdəki qarşıdurmaları çıxsaq, sülh və dostluq şəraitində yaşamışıq.
Bir yerdə yaşadığımız 9-10 qərinə ərzində müxtəlif vaxtlarda bəzi missioner qüvvələr erməni əslli şəxslərdən, bürokrat və tacirlərdən, ziyalılardan istifadə ediblər. Bunun qarşılığında heç vaxt reallaşmayacaq, həqiqətdən uzaq vədlər veriblər.
Nəticədə zaman-zaman xalqlar arasında qarşıdurmalar yaşanıb. İnsan təlafatları, türklərə qarşı soyqırımlar gerçəkləşib. Toqquşmalar zamanı hər iki tərəfdən təlafatlar da olub.
Düşünürəm ki, münaqişənin həllini biz özümüz öz aramızda həll edə bilərik. Artıq siyasətçilərimiz də xalq diplomatiyası anlayışından başqa çözüm yolu olmadığını deyirlər. Hətta münaqişənin həllini öz üzərinə götürən və son 25-26 il ərzində heç nəyə nail ola bilməyən ATƏY-in Minsk qrupu da bu cür düşünür.
O zaman nəyi gözləyirik? Siz öz xalqınıza müraciət edin. Deyin ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan dövlətləri həll prosesindən uzaqlaşdıraq.
Masaya iki xalqın ziyalıları otursunlar. Münaqişəni diplomatiyadan kənar şəkildə həll edək. Azərbaycan tərəfi - ziyalılar, aydınlar buna çoxdan hazırdır və bir neçə təşəbbüs gerçəkləşdiriblər.Amma Ermənistan tərəfinin ziyalıları bu məsələdə o qədər də həvəsli olmayıblar.
Çünki diplomatiya - vasitəçilər olan yerdə çıxarlar da var. Uduzan isə xalqlarımızdır. Hansısa missoner maraqlarının qurbanı olmaq istəmirik. Sizin də həmin maraqların qurbanı olmağınıza qarşıyıq. Çünki sülhdən gözəli yoxdur.
Biz özümüz öz taleyimizi müəyyənləşdirməsək bu münaqişə qiyamətə qədər davam edə bilər. Yazıçı və şairlərin gücünü əbəs saymayın. Hətta 1988-ci ildə münaqişəni alovlandıran üçüncü qüvvələr erməni şair və yazıçıların zəhərli "şeir" və "hekayələr"İndən istifadə etdilər. Sadə erməni kütlələrini zəhərlədilər.
Mən Xaçatur Abovyanın "Ermənistanın yaraları" və Silva Kaputikyanın zərərli düşüncələrini, ideoloji şeirlərini nəzərdə tuturam.
Buradan erməni yazıçı və şairlərinə - xüsusən də gənc nəslə səslənirəm: Gələcək bizimdir, bizlərin çiyinlərindədir. Bu münaqişənin qansız və əbədi sülh çərçivəsində həllini istəyirsinizsə erməni xalqına çağırış edin.
Digər "vasitəçi"ləri taleyinizlə oynamaqdan çəkindirmək üçün hərəkətə keçin. Münaqişəni xalq diplomatiyası ilə, ziyalıların və aydınların anlaşmaları ilə reallaşdıraq. Bir daha xatırladım ki, biz Azərbaycan tərəfi olaraq buna çoxdan hə demişik.
Biz hər nə qədər işğala və təcavüzə məruz qalsaq da israrla sülh istəyən tərəfik. Bunun üçün siz də aktivlik göstərin, icmalarınız və cəmiyyətiniz içərisində sülhü təbliğ edin, sülhün təbliği üçün xalqlarınızı SÜLH ÜÇÜN ZİYALI DİPLOMATİYASIna səsləyin. Bundan başqa əbədi sülh platformasının olmadığını söyləyin.
Əgər bir ziyalı - şair, yazıçı, mədəniyyət adamları olaraq sülh istəyirsinizsə (biz öz mövqeyimizi açıq şəkildə ifadə edirik), Ermənistanda və ondan kənardakı birliklərə, təşkilatlara səslənin. Birgə hərəkət edək. Münaqişənin süni yolla uzadılmasından başqa bizə heç nə verməyən üçüncü qüvvələrdən imtina edək. Sülh masasına gerçək sülh istəkçiləri olaraq özümüz oturaq.
Azərbaycan və erməni xalqına sülh arzuları ilə..."
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar