Xəbər lenti
“Bütün bu ittihamlar sadəcə oyundur" - Zərdüşt Əlizadə
“Pandemiyadan sonra ABŞ və Çin qarşıdurmasının nəticəsi olaraq hərbi-siyasi gərginliyin olacağını ehtimal etmirəm. Nəzərə alaq lazımdır ki, Çin kifayət qədər böyük dövlətdir və ona heç nə edə bilməzlər”.
Manevr.az xəbər verir ki, bu fikirləri teleqraf.com-a politoloq Zərdüşt Əlizadə pandemiyadan sonrakı dönəmdə Çinə qarşı atılacaq addımlar haqqında danışarkən deyib.
Politoloq xatırladıb ki, onun özü 1950-ci illərdə Çinin zəif vaxtlarını görüb: “Təsəvvür edin ki, o dövrdə ABŞ təyyarələri gəlib Çinin hava məkanını pozur, saatlarla uçuşlar edir, fotolar çəkirdi. Yəni açıq formada hava sərhəddini pozurdu. Çin isə belə hallara qarşı ancaq xəbərdarlıq notaları verir, başqa addım atmırdı. Amerika isə Çinin sərhədlərini pozmaqda davam edirdi. Çin buna qarşı bir şey edə bilmirdi, çünki zəif idi. Amma ABŞ da Çinin üzərinə açıq gəlmirdi, nəzərə alırdı ki, əhali çoxdur”.
Zərdüşt Əlizadəyə görə, artıq indi Çin dünyanın qüdrətli dövlətidir:
“Atom silahına, ballistik raket komplekslərinə malikdir, Aya adam çıxarmağı planlaşdırır, peykləri var. Üstəlik dünyanın ikinci, bəlkə də birinci iqtisadi dövlətidir. Çinin 2 tirlyon dollarlıq ehtiyatı var. Ən güclü ordulardan birinə sahibdir. Üstəlik ABŞ, Avropa və Rusiya ilə geniş iqtisadi əlaqələrə malikdir. Belə olduğu təqdirdə Çinə nə edə bilərlər? Fikrimcə, heç nə. Danışıb sonra oturacaqlar yerində. Yəni indi guya Çinə qarşı hansısa addımların atılması, ittihamlar və günahlandırmalar sadəcə oyundur. Başda ABŞ olmaqla bəzi dövlətlərin addımları Çinin vecinə deyil”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar