Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

“İcra başçılarına çox səlahiyyət və az maaş verildiyi üçün onlar rayonu çapıb-talayırlar” - Ekspert

Tarix: 06-05-2020 20:44     Baxış: 4419 A- / A+
“İcra başçılarına çox səlahiyyət və az maaş verildiyi üçün onlar rayonu çapıb-talayırlar” - Ekspert

Dövlət idarəçiliyinin 3 qolundan biri olan icra hakimiyyətləri ilə bağlı həbs xəbərləri davam edir.

Geniş səlahiyyətlərə və hüquqlara malik olan icra başçıları Cinayət Məcəlləsinin "vəzifə səlahiyyətlərindən sui-istifadə etmə", "təkrar rüşvət alma", "mənimsəmə faktlarına görə" maddələri ilə ittiham olunurlar.

İcra başçılarının həbs xəbərləri sosial mediada müzakirələrə səbəb olub. Müzakirələrdə bu idarəçilik sisteminin ləğv edilməsini, yeni idarəçilik sisteminin yaradılmasını tələb edənlərlə yanaşı icra başçılarının xalq tərəfindən seçilməsini, bu orqanın seçkili sistemə çevrilməsini də tələb edənlər oldu.

Manevr.az-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli bizimyol.info-ya bildirib ki, rayon icra hakimiyyətləri institut olaraq özünü doğrultmadı və bu qurum ləğv olunmalıdır.
“İcra başçılarına çox səlahiyyət və az maaş verildiyi üçün onlar rayonu çapıb-talayırlar” - Ekspert

Ekspert bildirib ki, təfəkkür, yanaşma və siyasət dəyişməlidir: “Rayon icra hakimiyyəti sovetdən qalma birinci katibliyin Azərbaycanın müstəqillik variantına çevrildi. O zaman birinci katib rayonlarda özünü necə aparırdısa, indiki icra başçıları da eyni qaydada özünü aparmağa başladı. Bu da icra hakimiyyəti institutunun özündən qaynaqlanır.

İcra başçısı vəzifəsi ləğv olunmalı, yavaş-yavaş seçkili özünü idarəetmə orqanlara keçmək lazımdır. Hamı yaxşı bilir ki, maaşla dolanan icra başçıları yoxdur. Hansı rayon icra başçısı 800 manat əmək haqqı ilə dolanır? İcra başçılarına çox səlahiyyət və az maaş verildiyi üçün onlar rayonu çapıb-talayırlar”.

Ekspert qeyd edib ki, seçkili yerli özünü idarəetmə orqanlarının fəaliyyətə başlayandan sonra hər rayonda prezidentin səlahiyyətli nümayəndə olmalıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar