Xəbər lenti
“Bir neçə dəfə icra başçısı ilə...“ - İmişlinin deputatı həbs edilən icra başçısından danışdı
"İcra başçısının həbsi həyata keçirilən zaman Milli Məclisin plenar iclası idi. Ona görə də bu hadisələrdən xəbərsiz olmuşam. Hazırda baş verən hadisələri izləməkdəyəm. Müəyyən zənglər edib, məlumatlar almağa çalışıram".
Manevr.az xəbər verir ki, bu sözləri İmişlidən seçilən millət vəkili Razi Nurullayev deyib.
O icra başçısının qanunsuz əməllərinədən xəbərsiz olduğunu deyib: "Mən yeni deputatam və buna görə də rayonda baş verən hadisələrdən çox da məlumatım yoxdur. İcra başçısının həbsini mediada izləyib, məlumatlanmışam. Rəsmi açıqlamadan sonra daha ətraflı danışmaq olar".
İcra başçısı ilə münasibətlərimə gəldikdə isə başçı-deputat münasibəti necə idisə, bizim də münasibətimiz elə idi. İşgüzar münasibətimiz var idi. Koronavirusla əlaqəli İmişliyə gedə bilməsəm də, bir neçə dəfə icra başçısı ilə əlaqə saxlayıb, görülən tədbirlər haqda məlumat almışam".
Deputat son zamanlar hüquq-mühafisə orqanlarının keçirdiyi islahatları yüksək qiymətləndirib: "Onu deyə bilərəm ki, hüquq mühafizə orqanlarında islahatlar bitməyib. Hələ davam edir. Sevindirici və ümidverici məqamlar var. Biz də parlamentdə hüquq sisteminin təkmilləşdirilməsi ilə bağlı qanunverciliyə dəyişikliklər edilməsi və yeni qanunların qəbul ediləsi ilə bağlı müəyyən işlər aparırıq. Mən bütün bunlara ümidverici hal kimi yanaşıram"./azxəbər.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar