Xəbər lenti
Bu gün həbs edilən icra başçısı kimdir? — DOSYE

Manevr.az bu gün DTX əməliyyatçıları tərəfindən həbs edilən İmişli rayon icra başçısı Vilyam Hacıyevin tərcümeyi halını təqdim edir.
Vilyam Hacıyev 10 avqust 1957-ci ildə Azərbaycan Respublikasının Göygöl şəhərində anadan olub. 1979-cu ildə Orenburq vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Mülki Aviasiya Akademiyasını bitirib. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
1979-1998-ci illərdə Mülki Aviasiya idarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1999-2002-ci illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin müdiri, 2002-2004-cü illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, 2004-2006-cı illərdə Göygöl şəhərin Rayon İcra hakimiyyətinin başçısı, 2006-2012-ci illərdə isə Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
14 aprel 2012-ci il tarixldən İmişli Rayon İcra Hakimiyyətinin Başçısıdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































