Xəbər lenti
“Nazir və komitə sədri də həbs ediləcək“ - Siyavuş Novruzovdan ŞOK AÇIQLAMA

“Proses icra başçılarının həbsi ilə yekunlaşmayacaq. Onlardan da yüksək vəzifə tutan və dövlətçiliyə qarşı çıxan, eləcə də vətəndaşları incidən məmurlar var”.
Manevr.az xəbər verir ki, bu sözləri Biləsuvarın icra başçısının həbsinə münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin Regional məsələlər Komitəsinin sədri Siyavuş Novruzov deyib.
S. Novruzov mərkəzi icra hakimiyyətinin yuxarı eşalonunda vəzifə tutan və ölkə başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasətə qarşı çıxan bir sıra vəzifə sahiblərinin oldğunu bildirib. O, qeyd edib ki, bu sırada bəzi nazir və komitə sədrləri də var: “Korrupsiyaya bulaşan, rüşvətlə insanları işə götürən, eləcə də öz yaxınlarına yüksək vəzifə verən nazirlər, komitə rəhbərləri var. Həmçinin. bəzi yüksək vəzifəli məmurlar tenderləri öz şirkətlərinə, eləcə də yaxın qohumlarına verirlər. Görünür ki, onlar bu çirkin əməllərindən əl çəkmək niyyətində deyillər. Bu kimi şəxslərin həbs ediləcəyi də qaçılmazdır”./unikal.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar