Xəbər lenti
Şok gəlişmə: İrəvan Moskvanın istəyini rədd etdi – Gərginlik böyüyür

2019-cu ilin noyabr ayında İrəvanda Ermənistan və Rusiya tərəflərinin iştirakı ilə keçirilən birgə mətbuat konfransı zamanı rus mütəxəssislərinin ABŞ-ın Ermənistandakı biolaboratoriyalarına qəbulu ilə bağlı memorandumun imzalanacağı bildirilmişdi.
Manevr.az xəbər verir ki, bu memorandumla bağlı suala Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Anna Nağdalyan cavab verib.
XİN rəsmisi açıq şəkildə Rusiya tərəfinin istəyinin İrəvan tərəfindən rədd edildiyini bildirib:
“Əvvəlcə qeyd etmək istərdim ki, bu bioloji laboratoriyalar Ermənistana aiddir və dövlət orqanları tərəfindən tam nəzarətdədir. Erməni tərəfi dəfələrlə bildirib ki, laboratoriyaların heyətinə yalnız Ermənistan Respublikasının vətəndaşları daxildir, laboratoriyalarda xarici mütəxəssislərin olması istisna olunur.
Ermənistanla Rusiya arasında biogüvənlik mövzusunda anlaşma memorandumu Ermənistandakı bioloji laboratoriyalarla, xüsusən də rus mütəxəssislərini qəbul etmək hüququ ilə əlaqəli deyil. Dəfələrlə qeyd etdiyimiz kimi, bu sənəd bioloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı geniş məsələlərə toxunur. Mövcud memorandum layihəsi, tərəflərin laboratoriyaların iş sahələrinə daxil olmasına və ya hər hansı digər birtərəfli nəzarətə zəmanət vermir”.
Onun sözlərinə görə, memorandum layihəsi hazırda COVID-19 pandemiyası ilə əlaqədar hökumət daxilində təsdiqlənmə prosesindədir.
ABŞ-ın İrəvanda bioloji laboratoriyasının olduğu məlumdur. Ermənistan illərdir ABŞ-ın bu laboratoriyadan hansı məqsədlər üçün istifadə edilməsinə dair Rusiya tərəfinin ünvanladığı sualları cavabsız qoyur. Ötən il laboratoriyaya rus mütəxəssislərin cəlb edilməsi ilə bağlı Moskva və İrəvan arasında müqavilə imzalansa da, Ermənistan hakimiyyəti bunun təsdiqini yubadır.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar