Xəbər lenti
"Nazir görünmür, mətbuat xidməti "əlləzinə" oxuyur...” - Siyavuş Novruzov
"Bəzi nazirliklərin aparatlarında islahatların aparılmasını vacib sayıram".
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsininn sədri Siyavuş Novruzov Hesablama Palatasının hesabatı haqqında danışarkən deyib.
Onun fikrincə, bəzi nazirliklərin aparatları şişirdilmiş aparatlardır: “Hesablama Palatası bu məsələyə diqqət yetirməlidir. Mənzil istismar sahəsindın tutmuş icra hakimiyyətinə qədər hamı aparat rəhbəri təyin edir. Bəs onda müavin funksiyası harda qalır?”
Siyavuş Novruzov nazirliklərdə mətbuat xidmətlərin təyin olunmasına da toxunub. O qeyd edib ki, mətbuat xidməti ancaq zəruri qurumlarda olmalıdır:
“Karantin dövründə də gördük ki, nazir qalıb kənarda, bunun mətbuat xidməti xalqa “əlləzinə” oxuyur. Əgər xalqın qarşısına çıxmağa üzü yoxdursa və ya qabiliyyəti çatmırsa, getsin otursun evdə. Nazirin vəzifəsi ictimaiyyət qarşısına çıxmaq və ictimaiyyəti birbaşa məlumatlandırmaqdır”.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar