Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

BAXCP sədrindən ittihamlara - Cavab

Tarix: 28-04-2020 19:17     Baxış: 2533 A- / A+
BAXCP sədrindən ittihamlara - Cavab


Mənə hücum edənlər xarici himayədarlarından yarınmaq istəyənlərdir.

Manevr.az xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev ona qarşı yönələn ittihamlarla bağlı modern.az-a açıqlamasında deyib.

"Əvvəla həmin adamların kimliyin araşdırsaq görəcəyik ki, onlar əsasən tərbiyəsiz,nankor adamlardır və hansısa xarici dövlətdən pul dilənənlərdirlər. Onlardan sadəcə istifadə olunur. Siyasət emosiya və şeyriyyəti sevmir. Digərləri isə məhz, bu qəbildən olan, işğala son qoymaq üçün heç bir ağıllı təklif irəli sürmək qabiliyyəti olmayan, çətin vaxtlarda heç vaxt prinsipial mövqe ortaya qoymağı bacarmayanlardır. Mənə hücum edənlər sadəcə xarici himayədarlarına yarınmaq istəyirlər. Bir vaxtlar Türkiyə Rusiyanın hərbi təyyarəsini vuranda bu addımın yalnış olduğunu və ilk növbədə Türkiyənin maraqlarına cavab vermədiyini söyləmişdim. Onda da bugünkü qaragüruh düşmüşdü üstümə ki, sən niyə elə deyirsən. Sonra nə baş verdiyini təkrarlamağa ehtiyac yoxdur. Məni Moskvanın təbliğatını aparmaqda ittiham edən kuklalara demək istəyirəm ki, Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir və münaqişənin həllində maraqlı görünmür. Ona görə hökumətə təklif edirəm ki, Rusiya ilə bağlı qapılar arxasında danışıqlar aparsın. Ermənistanla hər hansı danışığın faydası yoxdur. Əgər Rusiya istəməsə, Ermənistan heç bir sülh sazişinə imza ata bilməz. Ermənistanın, onun savaşda tam qələbəsini təmin edəcək, Qarabağda ermənilərin öz müqəddəratını müəyyən edəcək referendiumun keçirilməsini nəzərdə tutan, Madrid prinsiplərindən imtina etməsi də bununla bağlıdır. İndi elə bir beynəlxalq vəziyyət yaranıb ki, biz Qarabağ naminə, suverenliyimizdən imtina etmədən, Rusiyanın regiondakı maraqlarını nəzərə alsaq, onun mövqeyini dəyişmək ehtimalı var. Həm də qardaş Türkiyədən tələb və xahiş edə bilərik ki, hansısa regional məsələdə Rusiyanın marağını nəzərə alsın və onun Qarabağ məsələsində obyektivliyini təmin etməyə kömək etsin. 26 ildir danışıqlar davam edir, ermənilər torpaqlarımızı məskunlaşdırır, təbii sərvətlərimizi talayır. Necə Rusiyapərəst siyasətçiyəm ki, Rusiya ilə danışıqlar baş tutmayacağı təqdirdə Qərbə və NATO-ya inteqrasiya yolu tutmağımızı, Ermənistana heç kimin təzyiq etməyəcəyi təqdirdə, bizə hansı qiymətə başa gələcəyindən asılı olmayaraq, Böyük Vətən müharibəsinə başlamağı təklif etmişəm. Baxmayaraq ki, o zaman biz tək qalacağıq, Ermənistanın yanında isə Rusiya və İranla yanaşı Qərb də olcaq. Birinci Qarabağ savaşında olduğu kimi", - deyə partiya sədri bildirib.

Qüdrət Həsənquliyev həmçinin qeyd edib ki, əgər Avropa İttifaqı modelində birlik suverenliyin itirilməsidirsə, niyə Türkiyə Avropa İttifaqına qoşulmaq üçün illərdir mübarizə aparır?

"Axı, orda keçmişdə həm bir-biri ilə, həm də Türkiyə ilə qanlı savaşlarda olmuş, bir-birinin torpaqlarını işğal etmiş çoxlu dövlətlər, xalqlar var. Ona görə də biz qabağa baxmalıyıq. MDB Avropa İttifaqı modelində İttifaqa çevrilərsə, bura Türkiyənin və İranın da qoşulmasına çalışmalıyıq. Bu halda biz Cənubi Azərbaycanlılarla eyni ittifaqın vətəndaşları ola bilərik. Yeni birlik Avropa İttifaqı və Çinlə regionda sağlam rəqabət apara və inkişafa böyük töhfə verə bilər. Kiçik dövlətlərin əzilməsinə və işğalına son qoyular, Avroasiya məkanında sülh olar", - deyə deputat bildirib.

Qeyd edək ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin İctimai TV-də Qarabağın azad edilməsi qarşılığında MDB-nin Avropa İttifaqı modelində yeni birliyə çevrilməsi məsələsinin mümkünlüyü barədə fikirləri bəzi şəxslər tərəfindən birmənalı qarşılanmayıb. Həmin kateqoriyadan olan insanlar hesab edirlər ki, Rusiya ilə yaxınlaşma keçmişdə baş verənlərə və Qarabağın işğal altında qalmasına görə yolverilməzdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar